Hüseyn Cavidin “Şeyx Sənan” dramı İranda nəşr olunub

14 Baxış

huseyncavid

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Şeyx Sənan” dramı İran İslam Respublikasında nəşr olunub.

Kaspi” Təhsil Şirkətinin himayədarlığı ilə çap olunan kitabın “Ön Söz” müəllifi filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.

Həmçinin kitabda mütərcimin, türkoloq alim Hüseyn Sədiqin, yazıçı və tədqiqatçı Mustafa Quluzadənin də əsər, müəllif və tərcümə haqda məqalələri yer alıb.

Əsər, Hüseyn Cavid yaradıcılığını İran ədəbi-ictimai mühitində tanıtdırmağı qarşısına məqsəd qoyan görkəmli tədqiqatçı, şair-publisist Əkbər Əlyar Həmidinin mənzum tərcüməsində nəşrə hazırlanıb. Nəşrin rəhbəri Azərbaycan Dövlət İnformasiya Agentliyinin Türkiyə və Səudiyyə Ərəbistanı Krallığı üzrə xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtıdır.

İki min nüsxə tirajla nəşr olunan əsər İran İslam Respublikasının böyük kitabxanalarına, o cümlədən ali təhsil ocaqlarına paylanılacaq, İranda keçirilən kitab sərgilərinə çıxarılacaq, ölkənin görkəmli şair və yazıçılarına hədiyyə olunacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10