Hüseyn Şərifin “Xatirələr”-i işıq üzü gördü

97 Baxış

huseynsherif “XAN” Xatirə Ədəbiyyatı silsiləsindən 13-cü kitab – yazıçı-tərcüməçi Hüseyn Şərifin “Xatirlər”-i işıq üzü görüb. Kitabda müəllifin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mikayıl Müşfiq, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Mehdi Hüseyn, Cəfər Xəndan, Səməd Vurğun, Nazım Hikmət və Rəsul Rza ilə bağlı xatirələri toplanılıb. Həmçinin Hüseyn Şərif görkəmli şəxslərlə olan dostluq tarixçəsindən söhbət açaraq, maraqlı məqamları oxucularla bölüşür.

Qeyd edək ki, Hüseyn Şərif 1909-cu ildə Tiflisdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1924-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxuyub. “Şükufə” adlı ilk hekayəsi bu dövrdə Tiflisdə çıxan “Dan ulduzu” jurnalının səhifələrində dərc olunub.

O, A.N.Radişevin “Peterburqdan Moskvaya səyahət”, V.T.Korolenkonun “Yurdsuz uşaqlar”, İ.A.Qonçarovun “Oblomov”, K.Markovun “Ata və oğul”, V.A.Aksyonovun “Həmkarlar”, L.Qrosmanın “Dostoyevski”, A.Buninin “Povest və hekayələri”ni, İ.Yefremovun “Dumanlı Andromeda”, A.Rıbakovun “Sürücülər”, F.Dostoyevskinin “İdiot” və başqa əsərləri dilimizə tərcümə edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10