I Avropa oyunları zamanı istifadə olunan əşyalar muzeydə sərgilənəcək- FOTO

2 Baxış

I avropa oyunları ləvazimatları 4Azərbaycan Respublikası Gənclər və idman nazirliyi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə tarixdə ilk dəfə ölkəmizdə keçirilən “Bakı-2015” I Avropa oyunları ilə bağlı dəyərli eksponatlar hədiyyə edilmişdir. Muzeydən açıqlanan məlumata görə, bunlar Azərbaycan Milli komandasının parad kostyumu, idman geyim dəsti, açılış mərasimində istifadə olunmuş məşəl və çıraqdır. Qaliblər üçün hazırlanan medallar – qızıl, gümüş, bürünc, eləcə də gümüş xatirə medalı da Muzeyin eksponatları sırasında xüsusi yer tutacaqlar.

Azərbaycanın idman tarixində mühüm əhəmiyyət daşıyan eksponatlar Muzeyin “Hədiyyələr və xatirə əşyaları” fondunda qorunacaq.

Bölmə : Sənət xəbər