“Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərini özündə ehtiva edən səhnələr nümayiş etdirilib.
İlk öncə Alim Qasımov muğam ifası ilə qonaqları salamladı.
50 nağaranın ritmik sədaları altında 24-dən sıfıra geriyə saymaq Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 illiyini göstərir.
Azərbaycanın dövlət bayrağı qaldırıldı və himni səsləndirildi
Avropa Oyunlarının aprelin 26-da Atəşgah məbədində alovlandırılan məşəli paralimpiya çempionu İlham Zəkiyev stadiona gətirdi. Bununla da 5500 km məsafə qət edən məşəl son dayanacağına çatdırıldı.
Dahi şair Nizaminin əlində tutduğu tərəzinin hər gözündə bir kukla fiquru var. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər – Leyli və Məcnundur. O, “Miniatürlər bağı”nın mürəkkəb elementləri və canlı rənglərilə tamaşaçıları öz dünyasına aparacaq.
Nar sevgi nişanəsi, uğurun mücəssəməsi və Azərbaycanın rəmzidir. Əlli bayraq: Bu, 50 ölkəni təmsil edən təxminən 6000 idmançı üçün ağır məşqlər dövrünün geridə qaldığını və Oyunların həyəcanının qarşıda durduğu andır. Xalqların paradı Olimpiya oyunlarını dünyaya bəxş etmiş ölkəyə hörmət əlaməti olaraq Yunanıstan öndə olmaqla başlayır. Paradı ev sahibi Azərbaycan başa vurur.
Texnologiya dünyasından əfsanələr aləminə, Kainatın yaranışını dərk etməkdən qitəmizin adının mənşəyini anlamağadək. Əfsanəvi şərq şahzadəsinin şərəfinə adlandırılan Avropa hekayəsi yada salınır.
Mehriban Əliyeva və Patrik Hikki nitq söyləyir. Ardınca prezident İlham Əliyev Oyunları rəsmə şəkildə açıq elan edir.
Yazın gəlişini simvolizə edən Novruz – Azərbaycanın ən əlaçətdar bayramıdır. Novruzun ardınca Küləklər şəhəri Bakı, Yanardağ, Qobustanın hekayəsi canlanacaq.
Bu axşamın ifaçıları (təxminən 2000 nəfər) səhnəyə toplaşaraq, mərasimi sevinclə başa çatdırırlar. Onlar “Yallı” rəqsini oynayırlar.
Açılış mərasimi atəşfaşanlıqla sona çatıb