I Nikolayın arvadının ilk dəfə içirtmək istədiyi çar generalı – Abbasqulu ağa Bakıxanov

213 Baxış

bakixanov Senet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi:

Layihənin birinci yazısı: 

Layihənin ikinci yazısı: 

Layihənin üçüncü yazısı:

 Layihənin dördüncü yazısı:

Layihənin beşinci yazısı:

Layihənin altıncı yazısı:

 

 

Deyilənlərə görə, Abbasqulu ağa Məkkəyə gedərkən, məhərrəm ayı imiş. Məkkəyə böyük təntənə, dəbdəbə ilə gedənlərdən biri də İran vəliəhdi imiş. Aşura gününü onlar Məkkənin bir gün­lük məsafəsində qarşılayırlar. Vəliəhd öz çadırının önündə iri hərflərlə aşağldakı beyti yazdırıb vurdurubmuş:

 

Bu sərbazu əsas şəhzadə,

Olaydı kaş o dəmdə Kərbəladə!

 

Abbasqulu ağa çadırın yanından keçərkən gözü yazıya sataşır, oxuyur və onun altında yazır:

 

Busati-cəng saət qaçardı,

Qoyardı sərvəri-dini aradə!

 

Vəliəhdə xəbər verirlər ki, bəs bir nəfər be­lə etmişdir. Abbasqulu ağanı tutub vəliəhdin ça­dırına aparırlar. Qəzəblənmiş vəliəhd Abbas­qu­lu ağanın qətlinə fərman verir. Abbasqulu ağa na­maz qılmaq arzusu ilə vəliəhddən xahiş edir ki, bir neçə dəqiqəliyə öz çadırına getməyə ona icazə ver­sin. Namaz sözünü eşidən vəliəhd ona icazə verir. Abbasqulu ağa öz çadırına gəlib, general li­ba­sını geyir və vəliəhdin çadırına yollanır. Bakıxanovu çar generalı libasında görən vəliəhd özü­nü itirir, Abbasqulu ağanın ayaqlarına döşə­nir:

– Qurban olum ağa, günahımdan keç! – ona yalvarmağa başlayır. Bakıxanov onu ayağa qaldırır:

– Mən sənin günahından keçirəm. Amma ağılla iş görməyi unutmayın, hər şeydən tez qəzəbnak olmayın. Bəlkə mən general yox, adi adamam? Uşaqlarımı yetim, gözüyaşlı qoymağı özü­nüzə necə rəva bilirdiniz?!

 

***

 

Belə rəvayət olunur ki, Abbasqulu ağa Qüdsi Məkkəyə Həcc ziyarətinə getdikdə, məş­hur Quba qazisi Hacı Molla Abdulla axundu da özü ilə bərabər aparmışdı. Qüdsi ziyarətini başa çatdırdıqda, üzünü “dərgahi-həqqə” tutub deyir:

– Pərvərdigarə! Hər padşahdan mənə nişan verilibdir. Səndən də bir nişan təmənna eyləyirəm ki, axır nişanım olsun.

Hacı Molla Abdulla axund o nişandan muradının nə olduğunu soruşur. Abbasqulu ağa deyir:

– O nişan, bu müqəddəs məkanda ölməkdir.

Bu əhvalatdan üç gün sonra, 1847-ci ilin fevralında Abbasqulu ağa Bakıxanov Məkkə və Mədinə arasında “Vadiyi-Fatimə” deyilən yerdə təsadüfən vəba xəstəliyindən ölmüş və orada dəfn edilmişdir.

 

 

***

 

 

Rəvayətə görə, Abbasqulu ağa Peterburq­da olduğu vaxt I Nikolayın qonaqlıq məclisinə də­vət olunur. Nikolaya və arvadına çatdırırlar ki, Qafqazdan gələn qonağın ömründə dilinə içki dəy­məyib. Nikolayın arvadı çox qürrəli halda söy­ləyir ki, mən Abbasqulu ağaya ilk dəfə şərab iç­dirərəm. O, bir bokal şərabı qızıl podnosa qoyur və özü gətirib Bakıxanova təqdim edir. Padşahın ar­va­dının şərab təqdim etməsi qonaq üçün ən yük­sək hörmət sayılarmış. Abbasqulu ağa ayağa qalxaraq, podnosdan bokalı götürür və üzünü çara, I Nikolaya tutaraq deyir:

– Ey mənim həşəmətli hökmdarım, siz de­yir­siniz bu şərabı içim, Allahım deyir içmə. Han­sı­nızın sözünə baxım?

Çox dindar olan çar I Nikolay bir anın iç­in­də:

– Əlbəttə Allahın, – söyləyir.

Abbasqulu ağa əlindəki şərab bokalını tə­zədən qaytarıb padşah arvadının əlindəki podno­sa qoyur. Padşah arvadı peşman halda qayıdıb yerində oturur.

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10