“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi üçün son hazırlıqlar- FOTO

36 Baxış

Şah ismayıl sərgiAMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi hazırlanmaq üzrədir. 130-dan artıq unikal eksponat nümayiş olunacaq sərgidə müxtəlif xarakterli əyani vəsaitlər də göstəriləcək. Belə ki, Azərbaycan Səfəvilər dövlətinin hökmdarı, görkəmli sərkərdə I Şah İsmayılın həyat və fəaliyyətini geniş əks etdirmək məqsədilə sərgidə 22 informasiya-məlumat paneli, 2 xəritə, 2 portret, 6 iriölçülü banner qurulmaq üzrədir. Hazırda sərgidə aşağıdakı bölmələr tərtib olunur: “Görkəmli alimlər I Şah İsmayıl haqqında”, “I Şah İsmayılın şəxsiyyəti”, “I Şah İsmayılın etnik mənşəyi”,“I Şah İsmayılın uşaqlıq illəri”, “Cabani döyüşü”,“Almaqulağı və Şərur döyüşləri”, “I Şah İsmayılın 1503-1509-cu illərdə qazandığı qələbələr”,“Mərv döyüşü”, “Çaldıran döyüşü”,“I Şah İsmayılın 1514-1524-cü illərdəki fəaliyyəti”, “Ərdəbildə Şeyf Səfi kompleksi”, “Səfəvilər dövləti – rəmzlər, dövlət dili, inzibati quruluşu”, “I Şah İsmayılın dövründə Səfəvilər dövlətinin iqtisadiyyatı”, “I Şah İsmayıl Xətayinin dövründə Səfəvilər dövlətinin mədəniyyəti”,“Məhəmməd Füzuli”, “I Şah İsmayıl Xətayinin xatirəsinin əbədiləşdirilməsi”.

Qeyd etmək lazımdır ki, panellərdə fotoşəkillər, tablo və sxemlər, eləcə də Azərbaycan, rus və ingilis dilində məlumat təqdim edilir.

Bölmə : Sənət xəbər, Tarix