“İçəri şəhər” filmi ABŞ-da

4 Baxış

14882025614224226576_1000x669

“İçəri şəhər” bədii filmi ABŞ-ın 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalına dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Senet.az-a bildirilib ki, film festivalın “Remi mükafatı” nominasiyasında təqdim ediləcək. Festival aprelin 21-dən 30-dək ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.

Qeyd edək ki, film Hindistan, Misir, Estoniya və Türkiyədə keçirilən beynəlxalq film festivallarında nümayiş olunub.

KÖŞƏ YAZARLARI
TOP 10