“İçəri şəhər” filminin çəkilişləri yekunlaşmaq üzrədir

46 Baxış

icherisheherCəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə istehsal olunan “İçəri şəhər” bədii filminin istehsalının son tamamlama işləri aparılır. 
Müasir gənclərin həyatından bəhs edən, dram janrında çəkilmiş “İçəri şəhər” filminin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10