İçərişəhərdə “Azərbaycan xalçaları” adlı sərgi açılıb

13 Baxış

1571129680210326520_1000x669

Oktyabrın 12-də İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında “Azərbaycan xalçaları” adlı sərgi açılıb.

Senet.az xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi, “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə reallaşıb.

Dekorativ Tətbiqi Sənət Festivalı çərçivəsində təşkil olunan sərgidə xalçaçı- rəssamlar Fəridə Qarayeva, Təranə Əliyeva və Nəcibə İsmayılovanın döşəmə üzərində Gəncə, Şirvan və Qarabağ zonalarına aid toxuduğu üç xalça təqdim edilib.

Xalçalar “Art Tover” qalereyasının qarşısında olan meydanda açıq havada nümayiş olunub. Layihənin əsas məqsədi Azərbaycan xalçalarının təbliğatı və küçə incəsənətinin inkişafıdır.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10