İçərişəhərdə ilin ilk rəsm sərgisi

12 Baxış

15151931583572454754_1000x669

Yanvarın 25-də “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyasında ilin ilk rəsm sərgisi açılacaq. “Start” layihəsi çərçivəsində təşkil olunacaq sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə gerçəkləşəcək.

Bu barədə Senet.az-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

“Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan qrup sərgisinin kuratoru Natalya Yarkovayadır. Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen və heykəltəraşlıq nümunələri nümayiş ediləcək. Müxtəlif sənət əsərlərinin yer alacağı sərgi iki gün davam edəcək. İştirak etmək istəyənlər əsərlərini indidən sergi@artscouncil.az elektron ünvanına göndərə bilərlər. Sərginin təşkilində məqsəd gənc nəslin incəsənətə olan marağını artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır”, – deyə D. Məmmədov vurğulayıb.

KÖŞƏ YAZARLARI
TOP 10