“İçəri şəhər” bədii filminin təqdimatı keçiriləcək

8 Baxış

içərişəhər1 mart 2016-cı il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş, rejissor İlqar Safatın “İçəri şəhər” bədii filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, gənc qızın Qarabağ müharibəsi veteranı ilə məhəbbətindən bəhs edən filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri İlqar Safat və Təhminə Rafaella, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, İnna İmranova, Anar Xəlilov, Leyla Axundova, Zemfira Ağabəyova, Murad Yegizarov, Murad Məmmədov və başqaları çəkiliblər.