“İçəri şəhər” filmi Beynəlxalq film festivalında nümayiş etdiriləcək

11 Baxış

1478155836410519480_1000x669

“İçəri şəhər” bədii filmi 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival noyabrın 11-dən 27-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Senet.az-a bildirilib ki, filmimiz festivalın “Forum” proqramında nümayiş etdiriləcək. “İçəri şəhər” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov və Elmira Şabanova canlandırıblar.

Qeyd edək ki, film 35-ci Qahirə və 47-ci Hindistan Beynəlxalq Film festivallarına da dəvət alıb.

Bölmə : Kino, Sənət