İçkiyə görə müflisləşmiş rəssam

9 Baxış

franshals2

Rəssam Frans Halsun həyatına aid elə də çox məlumat yoxdur. Olan məlumatların da nə dərəcədə doğru və nə dərəcədə əfsanə olduqları tam bilinmir. O 1581-ci ildə anadan olub.

Frans Halsun Karel van Manderin yanında işləməyə başladı. 1610-cu ildə Harlemdəki rəssamlar cəmiyətinə – “Gilda di Saint Luca”ya üzv oldu. Bir il sonra isə “Cakobus Zaffiusun portreti”ni çəkdi.

Halsun özünə uyğun bir texnikası var idi.

Frans Hals evləndi, fəqət bir neçə il sonra həyat yoldaşı Annetje öldü. Ondan yadigar iki uşağı qaldı.

1617-ci ildə ikinci dəfə evləndiyi Lisbez Repniersdən 8 uşağı oldu. Uşaqlarının çoxu atalarının sənətini davam etdirdilər.

“Leynenat Reynier Raelin qoruyucusu” adlı əsəri Amsterdama getdi. 1641-ci ildə isə “Seint Elizabet Qocalar məmləkəti idarəçiləri” adlı şahəsərini çəkdi.

Halss filosof Kartesionun portretini çəkdi.

O dövrlərdə Avropa digər şəhərlərində sənətçilər aclıq içində yaşayarkən tam əksinə olaraq Frans Halsun maddi vəziyyəti yaxşı idi. Ancaq bu çox uzun çəkmədi. İçkiyə olan düşgünlüyü onu qısa müddətdə müflis etdi.

İçkiyə qarşı çox meyil etdikcə sifarişləri azalmağa başlamışdı. Bir müddət sonra isə, artıq ev əşyalarını və rəsm əsərlərini satmaq məcburiyyətində qaldı.

1662-ci ildə Harlem bələdiyəsindən maddi yardım istədi. Uzun müzakirələrdən sonra ona ayda 150 florin veriləcəyini vəd etdilər. Sonradan bu məbləğ 200 florinə qədər qaldırıldı və hər qış ona üç ton kömür verildi.

1666-cı ildə dünyasını dəyişdi.

 

 

 

Bölmə : Rəssamlıq
KÖŞƏ YAZARLARI
TOP 10