İctimai qınaq əsirliyinə yox!!!  

160 Baxış

mezahimMəzahim Mustafazadə

 

Bu yaxınlarda Ukrayna dövlətində yaşayan əcnəbi dostumla onlayn bir söhbətim oldu. Demək olar ki, hərşey haqqında danışdıq. Futboldan siyasətə, tarixdən ta kitabların nəşrinə qədər. Onun xoşbəxtliyi hər cümləsində hiss olunurdu. Əlbəttə ki, bu da istər-istəməz nəzərimdən yayınmadı. Amma kobudluq etməmək üçün bunun səbəbini soruşmadım. Söz hərləndi-fırlandı ora çatdı ki, o,  mənim əmək haqqım barəsində soruşdu. Biz qafqazlılarda da belə bir misal var axı: “qadının yaşını, kişinin maaşını soruşmazlar”. Təqribi bir rəqəm dedim. “Afərin sən bu qədər qazana bilirsən” – deyə məni təbrik etdi.

Simasındakı təbəssüm məni vadar etdi ki,  ondan soruşum: “ Əziz dostum, səni bu qədər xoşbəxt edən şey nədir? Sanki bu sualımı gözləyirmiş kimi dərhal cavab verdi:

– Əziz dostum, indiyə kimi azərbaycanlı dostlarım çox olub. Onlara  tez-tez qonaq da getmişəm.  Yəqin deyəcəksən ki, maaşı məndən az, əhalisinin yaşayış səviyyəsi az olan bir ölkənin sakini, necə olur ki, bu qədər xoşbəxt olur. Səbəbi çox sadədir. Biz bu həyatda ictimai qınaq deyə bir şeyi qəbul etmirik. Biz həyatımızı dəyərləndiririk. Az pulumuz var amma biz pul üçün yaşamırıq. Məsələn, üç aydır eyni köynək geyirəm. Ancaq əminəm ki, səndə belə deyil. (Mən həmin zaman gülümsəyərək başımla təstiq elədim). Sən hər zaman düşünürsən ki, eyni köynəyi 3-4 gün ard-arda geyinsəm,  görəsən,  ətrafımdakılar məni qınamazlar?! İctimai rəyi, öz rəyindən üstün tutursan. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi də odur ki, sizlər hər şeyi işlə bağlayırsınız. İstirahətinizi heç önəmsəmirsiniz. Halbuki, sizin ruhunuzun qidası istirahətdir.

Nə isə, çox uzatmayım. Uzun-uzadı söhbət etdik.  Amma bircə onu anladım ki, biz ictimai fikir üçün yaşayırıq. Kimlərinsə fikri bizə öz istəklərimizdən, arzularımızdan daha üstündür. Bu da nəticədə bizim adət-ənələrimizə, toylarImızdan tutmuş yaslarımıza qədər hamısına siraət edir.

Mən bu söhbətdən çox təsirləndim. Hə, bir də bu virtual dostum Kiyevin tanınmış pedaqoqlarından biri olan Aleksandır Çurinko idi.

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10