II Azərbaycan Elm Festivalı

24 Baxış

ELM

31 oktyabr və 5 noyabr tarixlərində müxtəlif regionlarımızda II Azərbaycan Elm Festivalı keçiriləcək.

Senet. az saytının AMEA-dan əldə etdiyi məlumata görə, tədbir AMEA-nın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Elmin İnkişaf Fondu, Azərbaycan Respublikası yanında Bilik Fondu, Təhsil, Yüksək Texnologiyalar nazirlikləri, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.

Festival Bakı, Naxçıvan, Sumqayıt, Şəki, Gəncə şəhərlərində keçiriləcək. Akademiyanın elmi bölmə və regional elmi mərkəzlərinə ekskursiyalar, son dövrlər əldə edilmiş elmi nailiyyətlər, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, müsabiqələr, Akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.

Bölmə : Konfrans, Manşet