23-24 oktyabr tarixlərində II Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçiriləcək. Türkiyənin İstanbul şəhərində baş tutacaq konfransın təşkilatçıları Uşaq və Gənclik Ədəbiyyatı Yazıçılar Birliyi, İstanbul Milli Təhsil İdarəsidir. İki gün ərzində davam edəcək simpoziumda gündəlik 4 çıxış olacaq.
Əsas mövzular:
Uşaq və Gənclik Ədəbiyyatı və Musiqisi – Uşaq mahnıları
Uşaq və Gənclik Ədəbiyyatında yeni baxış
Uşaq və Gənclik Ədəbiyyatında tənqid
Uşaq və Gənclik Ədəbiyyatında elektron kitablar
Uşaq və Gənclik teatrı
Qeyd edək ki, simpoziumda iştirak etmək üçün müraciətlər bicanveyselyildiz@hotmail.com.tr elektron ünvanına göndərilməlidir. Müraciətlər iyulun 30-na qədər qəbul ediləcək.