II. Dədə Qorqud Beynəlxalq Teatr Əsərləri Müsabiqəsi

13 Baxış

86035_5035epttz3

Mövzu: Sərbəst

Forma
: Sərbəst,( uşaq pyesləri, qısa pyeslər ve  təbdillər xaric)

Müsabiqənin dili: Türk, Azərbaycan, Qazax, Qırqız, Türkmən, Özbək, Tatar, Başqırd, Çuvaş, Krım Tatar, Qaqauz, Qaraçay-Balkar, Kumuk, Uyğur, Xakas, Altay, Saha, Tuva Türk dilləri.

Müsabiqədə yaş həddi yoxdur.

Hər müəllif müsabiqəyə yalnız bir əsərlə qatıla bilər.

Müsabiqəyə təqdim olunan əsərlər səhnələşdirmə texnikasına uyğun yazılmalıdır.

Əsər müəllifin özünün yeni, original pyesi olmalıdır. Hər hansı başqa əsərdən bəhrələnmə, təsirlənmə, təbdil olmaz.

Daha öncə hər hansı mətbu orqanda çap olunmuş, teatr səhnəsində oynanılmış, yaxud  başqa müsabiqədə mükafat qazanmış əsərlər müsabiqəyə təqdim oluna bilməz.

Müsabiqəyə təqdim ediləcək əsərlər, A4 kağız formatında, Times Roman şrifti ilə, 12 şrift ölçüsündə 1,5 intervalla yazılmalıdır.

Əsərlər ən çoxu iki pərdəli ola bilər.

Müsabiqəyə təqdim edilən əsərlərin üzərində şərti ad qoyulmalıdır. Müəllifin kimliyinə işarə edən hər hansı bir ad göstərilərsə, əsər müsabiqədən kənarlaşdırılacaq.

Əsərlər 6 nüsxə olaraq təqdim edilməlidir. Ayrıca zərfdə əsərlə bərabər CD-də word formatında yazılmış müəllif haqda məlumat da əlavə olunmalıdır.

Müəllif şəxsiyyəti təsdiq edən sənədin surətini, ünvanını, tərcümeyi-halını və bir ədəd fotoşəklini ayrı bir zərfə qoyaraq üzərində şərti adını qeyd edir və əsərlə birlikdə böyük zərfin içində müsabiqəyə təqdim edir.

Elektron poçta göndərilən əsərlərdə bu məlumatlar meylə ayrıca əlavə olunmalıdı və müsabiqə komissiyası bunları nəticələr elan olunana kimi gizli saxlamalıdı.

Əsərlər Avrasiya Yazarlar Birliyi, Sakarya Məhəlləsi, Göztepe küçəsi 5/A Ankara-Türkiye ünvanına,  yaxud da dedekorkut@ayb.org.tr elektron poçtuna göndərilə bilər.

Təşkilatçılar lazım olduqda əsərlərin ilkin seçimi üçün münsiflər heyəti yarada bilərlər.

Əsərlər dəyərləndirilmədən öncə Türkiyə türkcəsinə çevriləcək, daha sonra münsiflərə təqdim olunacaq.

Müsabiqəyə təqdim olunan əsərlər müəllifə qaytarılmayacaq və müəllifin buna heç bir etirazı olmamalıdır.

Yarışmada qalib olan əsərlər TÜRKSOY üzvü olan ölkələrin teatrlarında istifadə edilməsi üçün tövsiyə olunacaq.

Müsabiqənin münsiflər heyəti üzvləri və onların yaxın qohumları əsər təqdim edə bilməzlər.

Müsabiqənin şərtlərinə uyğun olmayan əsərlər dəyərləndirilməyəcək.

Müsabiqəyə əsər təqdim edən müəlliflər şərtləri qəbul etmiş hesab olunurlar.

MÜSABİQƏ TƏQVİMİ

a. Müsabiqə elanı: 15.04.2017
b. Əsərlərin son qəbul tarixi: 30.09 .2017
c. Nəticələrin açıqlanması: 15.11.2017
d. Mükafatlandırma mərasimi: Dekabr  2017

Mükafatlar

a. Birinci yer: 15.000. (On beş min Türk Lirəsi)
b. İkinci yer: 10.000. (On min Türk Lirəsi)
c. Üçüncü yer: 5.000. (Beş min Türk Lirəsi)
d. Həvəsləndirici: 2.500. (İki min beş yüz Türk Lirəsi)

KÖŞƏ YAZARLARI
TOP 10