II dünya müharibəsində ispan uşaqları Bakıya sığınıblar

52 Baxış

ispanAzərbaycan Milli Elmlər Akademiyası rəyasət heyəti aparatının Azərbaycanda elmi irsin toplanması və sistemləşdirilməsi mərkəzinin rəhbəri, tarix elmləri doktoru Zemfira Hacıyeva AMEA -da 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunan tədbirlər çərçivəsində araşdırmalar aparıb.

Senet.az xəbər verir ki,  nəticədə aşkara çıxan unikal tarixi faktlar Azərbaycanı bir daha tolerantlıq, humanizm və multikulturalizmin mövcud olduğu bir ölkə kimi təsdiqləyib.

Həmin nadir materialların araşdırılması və təhlili zamanı 1940-cı illərin əvvəllərinə aid kinoxronikada İspaniyadan Azərbaycana kimsəsiz uşaqların gətirildiyi müəyyənləşdirilib. İkinci Dünya müharibəsinin ağır illərində Hitler Almaniyasının işğalına məruz qalan İspaniyadan olan uşaqlara Azərbaycan torpağında sığınacaq verilib.

Xalq şairi Rəsul Rzanın sözləri ilə başlanan tarixi kinoxronikanın məlumatına görə, 500 mindən çox ispan öz Vətənini tərk etmək məcburiyyətində qalıb. Nadir kadrlarda “Feliks Dzerjinski” adına buxarlı gəmidə Azərbaycana gətirilən minlərlə ispaniyalı uşağın görüntüləri əks olunub.

Azərbaycan xalqı müharibə illərində ağır günlər keçirməsinə baxmayaraq qlobal səviyyədə multikulturalizm, tolerantlıq, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma dəyərlərinin aşılanması prosesinə əvəzsiz töhfələr verib.

 

Bölmə : Sənət xəbər