III. Beynəlxalq Türkdünyası Kültür Konqresi keçirilib

60 Baxış

unnamed (4)Oktyabrın 19-23 tarixlərində III. Beynəlxalq Türkdünyası Kültür Konqresi keçirilib. İzmir Ege Universiteti, EU Türk Dünyası Araşdırmaları İnstitutu və Türk Dil Krumunun təşkilatılığı ilə keçirilən bu dəfəki konfrans “Kitabi Dədə Qoqrud” dastanına həsr edildiyindən konfransın adı “Dədə Qorqud və Türk dünyası” adlandırılıb. Konfransda bütün türk xalqlarının alimləri iştirak edib. Dədə Qorqud dastanını Ədəbiyyat, dilçilik, tarix, musiqi, rəssamlıq, etimologiya və s. sahələrdə araşdıran tədqiqatçıların məruzələri maraqla dinlənilib. Konfransda iştirak etmək üçün 500 nəfərdən çox insanın müraciət etməsinə baxmayaraq, təqribən 250-yə yaxın alimin məruzəsi qəbul edilib və dəvət edilib. 4 gün müddətində davam edən konfransın açılış mərasimində sonra müxtəlif ölkələrdən gəlmiş qorqudşünaslar “Kazan xan”, “Bayandır xan”, “Burla Xatun” adlı zallarda məruzələrinə davam ediblər.

Azərbaycandan dəvət olunan tədqiqatçıların da məruzləri maraqla dinlənilmiş, müzakirələrə səbəb olub. Akademik Muxtar İmanov, professor Vaqif Sultanlı, professor Əli Şamil, professor Füzuli Bayat, professor Bədirxan Əhmədov, pofessor Tərlan Quliyev, professor Piralı Məmmədov, f.ü.f.d.,dos. Şəmil Sadiq, rəssam Sultan Sultanlı kimi alimlərimizin qatıldığı bu konfrans son dövrlərin Dədə Qorqudla bağlı keçirilən ən böyük konfransı kimi dəyərələndirilib.

Konfrans müddətində türk xalqlarının mədəni birliyini əks etdirən ebru sənəti, xalçaçılığı, arxeologiyasını əks etdirən sərgilər təşkil edilib, axşam saatlarında müxtəlif xalq musiqiləri səsləndirilib. Zebək Ateşi qrupunun konserti qonaqlar tərəfindən maraqla qarşılanıb.

Ulusal kanala müsahibəsində konfrans iştirakçısı f.ü.f.d.,dos. Şəmil Sadiq konfransın təşkilatçılğından razı qaldığından, elmi səviyyəsinin yüksək olduğundan, Dədə Qorqud dastanın 200 illik yubileyi ərəfəsində bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

 

 

 

 

 

 

Bölmə : Bölməsiz, Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10