İkebana, Ebru, Qaragöz və Hacivat

16 Baxış

İkebana

2fff

Güllərdən kompozisiyalar yaratmaqdan ibarət yapon sənətidir. “İke” – həyat, “bana” – güllər mənasını verir. XV əsrdə yaranmış bu sənət növündə kompozisiyalar 3 əsas elementdən ibarət olur və adətən 3 gül budağından hazırlanır. Onlar bəzi inanclara görə göyü (sin), yeri (tay) və insanı (tae), digərlərinə görə isə günəşi, ayı və yeri simvolizə edirlər.  Kompozisiyalar hazırlanarkən “susso”, yəni bitkilərin təbiəti, “xarakter”i nəzərə alınmalıdır. İkebananın Rikka, Söka və Naqeire, Moribana və Dziyuka adlı beş əsas stili mövcuddur. Yaponiyada 2000-dən çox İkebana məktəbi olsa da, bunlardan üçü xüsusi ilə tanınır:İkenobo, Ohara, Soqeçu.

Qaragöz və Hacivat3fffİki ölçülü təsvirlərlə oynanan kukla teatrıdır. Osmanlı torpaqlarında geniş yayılmış bu tamaşanın haradan gəldiyi isə dəqiq bilinmir.  Tamaşa boyu Qaragöz və Hacivat adlı buobraz bir-birinin ziddinə gedərək, tamaşaçıları güldürür, həmçinin öz dövrünün çatışmazlıqlarını dilə gətirirlər.Onların real həyatda yaşayıb-yaşamadıqları isə bilinmir.  Folklorşünaslar Karagözün bəzi oyunlarda qaraçı olduğunu öz dili ilə deməsi və Bulqar qaydası çalmasını əsas götürərək onun Bizans imperatoru Konstantinin qaraçı seyisi Sofyozlu Bali Çələbi olduğunu söyləyirlər.

Bir digər rəvayətə görə isə Hacı İvaz Ağa, ya da xalqın bildiyi adı ilə Hacivat ve Trakyada yerləşən Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşayan və məscid inşaatında işləyən iki işçidir. Özləri işləmədikləri kimi başqa işçilərin işləməsinə də imkan vermirdilər. Orhan Qazinin “məscid vaxtında bitməsə, kəlləni alaramm” dediyi məscid memarı məscidin inşaatının vaxtında bitməməsinə görə Karagöz ve Hacivatı şikayət edir. Bundan sonra bu ikili başları kəsilərək edam edilir. Qaragöz ve Hacivatı çok sevən ve ölümlərinə çok kədərlənən Şeyx Küstəri ölümlərindən sonra kuklalarını düzəldərək pərdə arxasından oynatmağa başlayıb. Buna görə də Qaragöz ve Hacivat məşhurlaşıb.

Ebru

1fff

Su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində “dalğavari”, farsca – “bulud” və ya “suyun üzü”, ərəbcə isə “üz üçün su” mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrəniblər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. Ebru sənəti tamamilə təbii materiallar əsasında həyata keçirilir. Bu əməliyyat qatılaşdırılmış su üzərində aparılır. Boyalar əsasən torpaqdan hazırlanır. Sonra bu boyalar mərmər üzərində əzilir. Proses təxminən 4-5 saat davam edir. Daha sonra içinə öküz ödü qatılır. Bu, boyanı həm incəldir, həm də suyun üzərində qalmasına imkan verir. Həmçinin, boyalar göy qurşağı kimi bir-birinə qarışmır və onun yapışqanlıq xüsusiyyətini təmin edir.

“Ustad” jurnalının 3-cü sayından