İki əsgər – Uilyam Folkner

9 Baxış

Без названия

İki əsgər

Pitlə, adətən, aşağı, qoca Killqreunun evinin yanına düşüb onun radiosuna qulaq asırdıq. İam yeməyinəcən gözləyər, yeməyimizi yeyəndən sonra qaranlıq düşəndə qoca Killqreunun pəncərəsinin önünü kəsdirirdik. Radionun səsi buradan da aydın eşidilirdi, çünki qoca Killqreunun arvadı kar idi və radionun səsini o ki var verirdi, hətta pəncərələr bağlı olanda belə, biz bayırda onun səsini qarıdan yaxşı eşidirdik.

O axşam Pitdən soruşdum:

– Nə? Yaponlar? Pörl Harbor nə deməkdir?

Pit isə:

– Sıss… – dedi.

Hava soyuq olsa da, orada dayanıb radioda danışan oğlana axıracan qulaq asdıq. Amma mən onun dediklərindən heç nə anlaya bilmirdim. Axırda o dedi ki, bəlkə də, bu, uzun çəkməz. Evə qayıdarkən yolda Pit mənə hər şeyi başa saldı. Çünki artıq onun iyirmi yaşı vardı, iyunda məktəbi bitirmiŞdi və çox Şeyi bilirdi: yaponların Pörl Harbora bomba atdığını da, Pörl Harborun dənizin o tayında olmağını da.

– Dənizin o tayında? – soruşdum. – Oksforddakı dövlət su anbarının o tayında?

– Yoox, – Pit dedi, – böyük dənizin o tayında. Sakit okeanın.

Evə gəldik. Anamla atam artıq yatmıŞdılar, biz də yatağımıza girdik. Ancaq mən o yerin harada olduğunu hələ də anlaya bilməmiŞdim. Pit yenə dedi ki, o, Sakit okeandadır.

– Sənə nə olub? – Pit dedi. – Doqquz yaŞına keçmisən. Sentyabrdan bəri məktəbə gedirsən. İndiyəcən heç nə öyrənməmisən?

– Biz hələ Sakit okean qədər uzağa getməmişik, – dedim.

O vaxt hələ də səpinlə məŞğul idik və bu iŞi noyabrın on beŞinəcən qurtarmalıydıq, çünki Pitlə gözümüzü açandan bəri, həmiŞə olduğu kimi, atam yenə də səpində geri qalmıŞdı. Bundan əlavə, qış üçün odun da tədarük etməliydik. Ancaq bütün bunlara baxmayaraq, ikimiz də hər axŞam qoca Killqreugilə gedir, soyuq havada onun pəncərəsinin qabağında durub radioya qulaq asırdıq; evə qayıdanda isə orada eŞitdiklərimizi Pit mənə başa salırdı. Amma bu çox çəkmədi, bir müddət sonra Pit mənə daha heç nə demədi. Sanki o bu barədə daha heç nə danışmaq istəmirdi. Mənəsə səsini kəs, yatmaq istəyirəm deyirdi, ancaq heç yatmaq istəyənə oxşamırdı.

Yataqda daŞ kimi uzanıb qalırdı; yatsaydı, heç bu qədər səssiz-səmirsiz olmazdı. Nəsə bir dərdi vardı, hiss edirdim ki, nəsə olacaq: mənə hirslənə bilərdi, amma dəqiq bilirdim ki, indi onu düŞündürən mən deyiləm; və yaxud nəyinsə nigarançılığını çəkə bilərdi, amma bu da

deyildi, çünki nigarançılığını çəkəsi heç bir iŞi yox idi; atam kimi deyildi, heç vaxt geridə qalmazdı. Məktəbi bitirəndən sonra atam ona on akr torpaq sahəsi verdi. Pit də, mən də belə hesab etdik ki, atam öz tarlasını on akr kiçiltməyinə çox Şaddır, axı iŞi xeyli yüngülləşib. Pit artıq öz sahəsində səpini qurtarmışdı, onu suvarıb, qış üçün üstünü də örtmüŞdü. Buna görə də onun dərdi bu da ola bilməzdi. Amma nəsə vardı. Biz hələ də hər axŞam qoca Killqreugilin evinə gedir, onun radiosuna qulaq asırdıq. Onlar artıq Filippindəydilər, ancaq general Makartur onların hücumunu dayandırmıŞdı. Sonra evə qayıdıb yatağımıza girirdik. Pit yenə mənə heç nə demirdi, ümumiyyətlə, heç nə danıŞmırdı. Eləcə, pusquya durmuŞ piŞik kimi yataqda səssiz-səmirsiz uzanıb qalırdı. Əlimlə ona toxunanda yanlarının, ayaqlarının daŞ kimi donub qaldığını hiss edirdim, bir az keçəndən sonra məni yuxu aparırdı.

Bir axŞam ilk dəfə olaraq – meşədə odun qırarkən kifayət qədər odun qırmadığım üçün üstümə qıŞqırmağını nəzərə almasaq, son vaxtlar heç dinib-danıŞmırdı – axır ki, dilləndi:

– Mən hökmən getməliyəm, – dedi.

– Hara? – dedim.

– O müharibəyə, – Pit dedi.

– Biz odun tədarük edib qurtarmamıŞ?

– Cəhənnəm olsun odun, – Pit dedi.

– Olsun, – dedim. – Haçan yola düŞürük?

Ancaq o mənə qulaq asmırdı. Qaranlıqda daş kimi, səssiz-səmirsiz uzanıb qalmıŞdı.

– Hökmən getməliyəm, – təkrar etdi. – Mən heç kimin BirləŞmiŞ İtatları bu cür hədələməsinə dözə bilmərəm.

– Elədir, – dedim. – Odun olsa da, olmasa da, biz hökmən getməliyik.

Bu dəfə nə dediyimi eŞitdi. Yenə də susub səssiz-səmirsiz qaldı, amma bu, baŞqa cür susqunluq idi.

– Nə? – dedi. – Sən də müharibəyə getmək istəyirsən?

– Sən yekələrini qırarsan, mən də balacalarını, – dedim.

Dedi ki, sən gedə bilməzsən. Əvvəlcə elə bildim məni özünə yük eləmək istəmədiyi üçün belə deyir, axı Tallın qızları ilə gəzməyə gedəndə də onunla getməyimə razı olmurdu. Ancaq sonra dedi ki, səni orduya götürməzlər, hələ çox balacasan. Onda anladım ki, düz deyir, mən heç cür heç yana gedə bilmərəm. Həm də, nədənsə, həmin anacan heç onun da getmək istədiyinə inanmağım gəlmirdi. İndi isə bildim ki, fikri qətidir, hökmən gedəcək, özü də məni özüylə aparmayacaq.

– Mən orda sizə odun yığar, su daŞıyaram! – dedim. – Axı orda sizə odun, su lazım olacaq.

Hər halda, indi məni dinləyirdi. İndi daŞ kimi səssiz-səmirsiz deyildi. Yanı üstə çevrildi, əlini sinəmin üstünə qoydu; çünki indi də mən arxası üstə uzanıb, səssiz-səmirsiz qalmıŞdım.

– Yox, – dedi. – Sən burda qalmalısan, atamıza kömək etməlisən.

– Nəyinə kömək eləyəcəm, – dedim. – İndən belə ona heç nə olmaz. O daha geridə qalmayacaq. Biz orda o yaponları qırıb qurtaranacan o burada bir ovuc torpaq sahəsinin öhdəsindən çox asanlıqla gələ bilər. Yox, mən də getməliyəm. Əgər sən getməlisənsə, mən də getməliyəm.

– Olmaz, – Pit dedi. – Bəsdir, sus. – Bildim ki, fikri qətidir, razı olmayacaq. Ancaq öz ağzından eŞitdiyimə görə bu qərara gəldim. Susdum.

– Deməli, mən gedə bilmərəm, hə? – dedim.

– Yox, – Pit dedi. – Heç cür gedə bilməzsən. Əvvəla, sən hələ çox balacasan, ikincisi də…

– YaxŞı, – dedim. – Onda səsini kəs, qoy yatım.

O susdu, arxası üstə çevrildi. Mən də özümü yuxuluğa vurdum. Bir az keçməmiş onu yuxu apardı və yalnız indi anladım ki, onu narahat edən, onu yatmağa qoymayan müharibəyə getmək istəyi imiŞ. İndi – buna qəti qərar verəndən sonra, o narahatlıq da canından çıxmıŞdı.

Sabahı gün səhər anamla atama da dedi. Anam onun bu fikrini heç də vay-həŞirlə qarŞılamadı. Sadəcə, ağladı.

– Yox, – hönkürə-hönkürə dedi. – Mən istəmirəm o getsin. Bacarsaydım, onun əvəzinə özüm gedərdim. Bu ölkəni xilas etmək mənəmi qalıb? O yaponlar bu ölkəni tuta, istədikləri qədər əsarətdə saxlaya bilərlər, təki mənə, mənim ailəmə, uŞaqlarıma dəyməsinlər. Amma qardaŞım MarŞın o biri müharibəyə getdiyi günü xatırlayıram. O gedəndə cəmisi on doqquz yaŞı vardı, bizim də anamız onun bu hərəkətini anlaya bilmirdi: lap mənim kimi. Ancaq o, MarŞa dedi ki, getməlidirsə, getsin. İndi də Pit, əgər bu müharibəyə getmək istəyirsə, qoy getsin. Ancaq bunun niyəsini məndən soruŞmayın.

Atam isə baŞqa aləm idi.

– Nə? Müharibəyə getmək istəyirsən? – dedi. – Kimə, nəyə xeyri var bunun? Nə sənin çağırıŞ yaŞın çatıb, nə də bizim ölkəmiz iŞğal olunub. Prezidentimiz VaŞinqtonda oturub, özü vəziyyətə nəzarət edir, lazım gəlsə, bizi də xəbərdar edəcək. Bir də ki ananın xatırladığı o biri müharibəyə məni də çağırmıŞdılar, Texasa göndərdilər, düz səkkiz ay müharibə qurtarana kimi– orada saxladılar. Bundan baŞqa, məncə, MarŞ dayının o müharibədə Fransanın döyüŞ meydanlarında ağır yaralanması mənə də, sizə də bəsdir; ən azı, mənə ayrılan ömür müddəti ərzində ölkənin müdafiəsi naminə bizə düŞən payı vermiŞik. Bir də sən gedəndən sonra bu tarlanı əkib-becərməkdə kim mənə kömək edəcək? Yəqin ki, yenə hər iŞdə geri qalacağam.

– Xatırladığım qədəri, sən həmiŞə geridə qalmısan, – Pit dedi. – Hər halda, mən gedirəm. Hökmən getməliyəm.

– Əlbəttə, o hökmən getməlidir, – dedim. – O yaponları…

– Sən ağzını yum, – anam ağlaya-ağlaya dedi. – Səndən soruŞan yoxdur. Yeri, bir qucaq odun gətir. Sənin iŞin ancaq budur!

Getdim odun gətirməyə.

Sabahı gün səhərdən-axŞamacan biz – atam, Pit və mən vaxt varkən mümkün qədər çox odun tədarük etməyə çalıŞdıq. Çünki, Pit dedi ki, atama qalsa, çox odun toplamaq əvəzinə, divara söykənən qalağın üstünə anamın hələ yandırmadığı bir odun parçasını atmaqla kifayətlənəcək. Anam isə bütün günü Piti yola salmaq üçün hazırlıq iŞləri ilə məŞğul oldu; onun paltarlarını yudu, yamadı, yol üçün ona bir ayaqqabı qutusu peçenye biŞirdi. AxŞam yatağa girəndə anamın ağlaya-ağlaya Pitin Şeylərini necə qablaŞdırdığına qulaq asdıq. Sonra Pit yerindən qalxıb alt paltarında onun yanına getdi. Onların danıŞığını yaxŞı eŞidirdim. Lap axırda anam dedi:

– Bilirəm, getməlisən. Ona görə mən də istəyirəm gedəsən. Ancaq bunun səbəbini baŞa düŞmürəm. Heç vaxt da baŞa düŞməyəcəyəm. Bunu məndən gözləmə.

Sonra Pit geri qayıtdı, təzədən yatağa girdi, yenə də daŞ kimi səssiz-səmirsiz qaldı. Birdən danıŞmağa baŞladı, amma mənnən deyildi, ümumiyyətlə, heç kimnən deyildi: «Mən getməliyəm. Hökmən getməliyəm».

– Düzdü getməlisən, – dedim. – O yaponlar…

TəlaŞa düŞmüŞ adam kimi sərt hərəkətlə yanı üstə çevrildi, qaranlıqda üzümə baxdı:

– Hər halda, sənə afərin, – dedi. – Mənə elə gəlirdi ki, onların hamısından çox sən mənə əngəl olacaqsan.

– Yəqin ki, indi mən heç nə eləyə bilmərəm, – dedim. – Bəlkə, müharibə bir neçə il uzanacaq, onda mən də gedə biləcəm. Bəlkə də, günlərin bir günündə qəfil sənin yanına gəlib çıxdım.

– Ümidvaram ki, belə olmayacaq, – Pit dedi. – Camaat müharibəyə kef üçün getmir. İnsan anasını evdə ağlar qoyub kefə gedə bilməz.

– Bəs onda sən niyə gedirsən?

– Mən getməliyəm, – dedi. – Hökmən getməliyəm. İndi isə yat, sabah tezdən avtobusa çatmalıyam.

Yuxuya getdik. Səhəri gün tezdən lampa iŞığında nahar elədik, çünki avtobus saat altıda keçəcəkdi. Anam daha ağlamırdı. Yeməyi süfrəyə qoyarkən ötkəm və iŞgüzar görkəm almıŞdı. Biz yeyib qurtaranacan tövrünü dəyiŞmədi. Pitin yol çantasını qablaŞdırıb qurtardı. Pit özüylə heç nə götürmək istəmirdi; anam dedi ki, ağıllı adamlar nəinki müharibəyə gedəndə, hətta ən adi səfərə çıxanda belə özləriylə paltar dəyiŞəyi, onları içinə yığmaq üçün çanta götürmədən

çıxmırlar. O, ayaqqabı qutusunun içinə qızardılmıŞ toyuq əti, peçenye yığdı, bir də Bibliyanı qoydu. Artıq tərpənmək vaxtı idi. O anacan anamın avtobus dayanacağına getməyəcəyini bilmirdik. O, Pitin kepkasını, plaŞını gətirdi; hələ də ağlamırdı, əllərini onun çiyinlərinə qoyub durmuŞdu. Lal-dinməz çiyinlərindən yapıŞmıŞdı və Pitin ötən gecə yataqda mənə sarı dönüb «hər halda, sənə afərin» dediyi anda aldığı kimi sərt və ötkəm görkəm almıŞdı.

– Onlar bu ölkəni zəbt edə, mənə və mənim ailəmə xətər yetirməyənə qədər onu əsarətdə saxlaya bilərlər, – o dedi. Sonra əlavə etdi: – Amma sən kim olduğunu heç vaxt unutma. Sən varlı balası deyilsən və Fransız Döngəsindən o yana səni heç kim tanımır. Amma sənin də qanın baŞqa yerlərdə yaŞayanların qanı qədər nəcib qandır. Bunu heç vaxt unutma.

Sonra anam onu öpdü. Evdən çıxdıq. Pit istəsə də, istəməsə də, atam onun yol çantasını özü götürdü. Biz Şoseyə çıxıb poçt qutusunun yanında gözləyəndə sübh hələ açılmamıŞdı. Bir qədər sonra uzaqdan avtobusun iŞıqları göründü. O, yanımıza çatana və Pit əl eləyib onu saxlatdıranacan gözümü ondan çəkmədim. Artıq hava iŞıqlanmıŞdı; nə vaxt iŞıqlanmağa baŞladığına fikir verməmiŞdim. Pit də, mən də gözləyirdik ki, atam yenə nəsə axmaq bir Şey deyəcək, o biri müharibədə MarŞ dayının Fransada ağır yaralanmadığının, özünün 1918-ci ildə Texasa göndərilməyinin 1942-ci ildə BirləŞmiŞ İtatları xilas etmək üçün kifayət etdiyi barədə dedikləri kimi yersiz sözlər söyləyəcək. Amma o yalnız bunları dedi: «Əlvida, oğlum! Ananın dediklərini heç vaxt unutma, vaxtın olanda ona məktub yaz».

Sonra o, Pitlə əl tutuŞub sağollaŞdı. Pit bir anlığa üzümə baxdı, əlini baŞıma qoydu, onu elə möhkəm sıxdı ki, az qaldı boynum qırıla. Sonra atılıb avtobusa mindi, bir oğlan qapını örtdü və avtobus tırıldamağa baŞladı. Sonra getdikcə daha bərkdən tırıldaya-tırıldaya, xırıldaya-xırıldaya, inildəyə-inildəyə yola düŞdü. O, sürətlə uzaqlaŞırdı, arxasındakı iki balaca qırmızı iŞıq, sanki, heç kiçilməyəcək, yanaŞı qaçaraq bir-birinə qovuŞacaq və bir iŞığa dönəcəkdilər. Ancaq heç vaxt belə olmayacaqdı. Axır ki, avtobus gözdən itdi. Ağlamaqdan özümü zorla saxlayırdım: axı niyə mən doqquz yaŞındayam, niyə mən də müharibəyə gedə bilmirəm?.

Atamla evə qayıtdıq. Bütün günü odun tədarükü ilə məŞğul olduq. Buna görə də axŞam düŞənəcən heç cür fürsət tapa bilmədim. Sonra sapandımı götürdüm; quŞ yumurtalarımın da hamısını götürmək istəyirdim, çünki Pit gedəndə öz yumurta kolleksiyasını mənə bağıŞlamıŞdı, özümünküləri də toplamaqda kömək eləmiŞdi; iyirmi yaŞında olmasına baxmayaraq, o da mənim kimi tez-tez yumurta qutusunu çıxarıb onlara baxmağı xoŞlayırdı. Amma qutu çox iri idi və onu bu uzun səfərdə özümlə gəzdirmək mənim üçün çox çətin olardı. Ona görə də onlardan tək bircəciyini seçib götürdüm, çünki o, hamısından qəŞəng idi. Onu kibrit qutusuna qoyub sapandımla birlikdə tövlənin bir küncündə gizlətdim. Sonra Şam eləyib yatmağa getdik. Fikir məni götürmüŞdü: bundan sonra o otaqda, o yataqda, bir gecə də olsa, necə yata biləcəm. Az keçməmiŞ, atamın xorultusu eŞidildi, ancaq anamdan heç bir səs-səmir gəlmirdi; bilmirdim ki,

yuxuya gedib, yoxsa yox. Çətin yatmıŞ olaydı. Ona görə də ayaqqabılarımı götürüb pəncərədən iplə bayıra salladım, özüm də ehmalca çölə çıxdım; Pit də on yeddi yaŞı olanda belə xəlvətcə pəncərədən bayıra əkilərdi, çünki atam ona hələ çox gənc olduğu üçün gecələr veyllənməyə icazə vermir, onu çölə buraxmırdı. Ayaqqabılarımı geyinib tövləyə getdim, sapandımı, quŞ yumurtasını götürüb Şoseyə çıxdım.

Çox da soyuq deyildi, yalnız andır hava yaman qaranlıq idi və qarŞımda uzanan yol kimsəsiz və yiyəsizdi; nə qədər getsən də, qurtarmaq bilmirdi; sanki, hər dəfə yenidən qarŞında uzanıb bitirdi. Buna görə də arada mənə elə gəldi ki, Ceffersona qədər iyirmi iki mili baŞa vuranacan günəŞ tamam məni haqlayacaq. Amma belə olmadı. Təpəni qalxıb Şəhərə girəndə dan yeri təzəcə sökülürdü. Daxmalarda biŞirilən səhər yeməklərinin iyi burnuma dəydi; heyifsiləndim ki, kaŞ özümlə, heç olmasa, peçenye götürəydim, amma artıq gec idi. Pit mənə demiŞdi ki, Memfis Ceffersondan bir qədər o yanadır, ancaq onun burdan səksən mil aralıda olduğundan xəbərim yox idi. Buna görə də günəŞ yavaŞ-yavaŞ doğmağa baŞlayanda – küçə iŞıqları hələ də yanırdı – o boŞ meydanda dayanarkən bir qanun keŞikçisi baŞımın üstünü kəsdirib diqqətlə məni süzəndə Memfis hələ səksən mil uzaqdaydı; bütün gecəni cəmi iyirmi iki mil yol gəlmiŞdim; fikirləŞdim ki, bu minvalla mən Memfisə çatanacan, yəqin ki, Pit ordan artıq Pörl-Harbora yola düŞmüŞ olacaq.

– Sən hardan gəlirsən? – qanun keŞikçisi soruŞdu.

Onda bir də izah elədim.

– Mən Memfisə getməliyəm. QardaŞım ordadır.

– Yəni deyirsən bu ətrafda heç kimin yoxdur? – o dedi. – QardaŞından savayı heç kimin yoxdur? Bəs onda burda neynirsən? QardaŞın niyə Memfisdədir?

Təkrar dedim:

– Mən Memfisə getməliyəm. Bunu təkrar-təkrar izah etməyə boŞ vaxtım yoxdur. Oraya piyada getməyə də vaxtım qalmayıb, mən hökmən bu gün orada olmalıyam.

– Bura gəl, – qanun keŞikçisi dedi.

O biri küçəyə keçdik. Orada dünən səhər Pitin mindiyinə oxŞar bir avtobus dayanmıŞdı, fərqi yalnız ondaydı ki, indi onun heç bir iŞığı yanmırdı və içi boŞ idi. Dəmiryol vağzalı kimi bura da avtobus vağzalıydı və içində bilet satılan kassa, kassada isə bir oğlan vardı. Qanun keŞikçisi mənə dedi:

– Get, orda otur.

Gedib oradakı skamyada oturdum. Sonra o, biletsatan oğlana dedi:

– Sizin telefondan istifadə etmək istəyirəm.

Bir dəqiqə telefonla danıŞdı, sonra onu yerinə qoyub biletsatana dedi:

– Gözün onda olsun. Missis HaberŞam ayılıb geyinən kimi geri qayıdacam.

O, bayıra çıxdı. Mən də qalxıb kassaya yaxınlaŞdım.

– Mən Memfisə getmək istəyirəm, – dedi.

– Gedərsən, – biletsatan oğlan dedi. – Get otur yerində. Mister Fut bu dəqiqə qayıdacaq.

– Mən heç bir mister Fut tanımıram, – dedim. – Mən o avtobusla Memfisə getməliyəm.

– Barı pulun var? – o soruŞdu. – Bu, sənə yetmiŞ beŞ sentə baŞa gələcək.

Kibrit qutusunu çıxardım, quŞ yumurtasını onun içindən götürdüm.

– Memfisə bir bilet üçün mən sənə bunu verərəm, – dedim.

– O nədir elə?

– QuŞ yumurtasıdır, – dedim. – Beləsini ömründə görməmisən. Qiyməti bir dollardır. Mənsə səndən cəmi yetmiŞ beŞ sent alacam.

– Yox, – o dedi, – avtobus sahibləri öz iŞlərini yalnız pulla görürlər. Əgər biletləri quŞ yumurtasına, toyuq-cücəyə və s.-yə satsam, onlar məni bayıra atarlar. Yeri, get otur yerində, mister Fut indicə…

Qapıya tərəf getdim, ancaq o məni qabaqladı, bir əlini kassanın piŞtaxtasına qoyub onun üstündən hoppandı, özünü mənə yetirdi, əl atıb köynəyimdən yapıŞmaq istədi. Cib bıçağımı çıxarıb, ağzını açdım.

– Sən mənə əl vurursan? İndi o əlini kəsərəm, – dedim.

SiviŞib qapıya tərəf qaçdım, amma o, yaman cəld tərpəndi; ömrümdə bu qədər cəld hərəkət edən böyük adam görməmiŞdim; lap Pit kimiydi. O, qabağımı kəsdi. Kürəyini qapıya söykəyib, ayağının birini azca yana qaldırdı, bayıra qaçmağa yer qalmadı.

– Get, otur o skamyada, özü də yerindən tərpənmə, – dedi.

Bayıra çıxmağa yol qalmamıŞdı. Biletsatan oğlan da kürəyini qapıya söykəyib durmuŞdu. Ona görə də qayıdıb skamyada oturdum. Birdən-birə vağzal adamla doldu. Qanun keŞikçisi qayıtmıŞdı, yanında əyninə dəvə yunundan kürk geyinmiŞ iki xanım da vardı, sifətlərinə rəng də çəkmiŞdilər. Amma hələ də yuxudan tələm-tələsik oyanana oxŞayırdılar və yataqdan belə tez qaldırıldıqlarından narazı olduqları hələ də sifətlərindən getməmiŞdi; biri yaŞlıydı, biri cavan. Cavan qadın diqqətlə məni süzüb dedi:

– Bunun heç paltosu da yoxdur ki! TəkbaŞına bura necə gəlib çıxıb?

– Dedim axı, – qanun keŞikçisi dedi, – mən ondan heç nə öyrənə bilmədim. Bircə onu deyir ki, qardaŞı Memfisdədir, ora getmək istəyir.

– Doğrudur, – dedim. – Mən bu gün Memfisdə olmalıyam.

– Əlbəttə, olacaqsan, – yaŞlı qadın dedi. – Əminsənmi ki, Memfisə getsən, qardaŞını orda tapa biləcəksən?

– Tapa biləcəm, – dedim. – Tək bircə qardaŞım var, ömrüm boyu yanımda olub. Əminəm ki, onu görsəm, tanıyacam.

YaŞlı qadın üzümə baxdı.

– Amma o, Memfisdə yaŞayana oxŞamır, – dedi.

Çox güman ki, elədir, – qanun keŞikçisi dedi. – Amma bunu dəqiq bilmək çox çətindir. Hər yerdən ola bilər. İndi elə zəmanədir ki, onlar – qızlı, oğlanlı – ayaqları bir balaca yer tutan kimi gecələri harda gəldi veyllənirlər, səhər yemək yadlarına düŞəndə ayılırlar. Dünən, bəlkə də, o, Missuridə, ya da Texasda olub. Bunların hamısından xəbərimiz var. Ancaq məncə, o, qardaŞının Memfisdə olduğuna qəti əmindir. Məncə, biz onu ora göndərməliyik, qoy özü axtarıb qardaŞını tapsın.

– Elədir, – yaŞlı qadın dedi.

Cavan qadın isə skamyada yanımda oturdu, əl çantasını açıb oradan qələm və kağız çıxartdı.

– İndi, əzizim, – yaŞlı qadın dedi, – biz çalıŞacağıq ki, qardaŞını tapasan, amma əvvəlcə səninlə bağlı bəzi məlumatları qeydə almalıyıq. Adını, qardaŞının adını, harada doğulduğunu, valideynlərinin haçan vəfat etdiklərini bilmək istəyirik.

– Heç nəyi qeydə almağınız lazım deyil, – dedim. – Yeganə istəyim Memfisə getməkdir. Mən hökmən bu gün orda olmalıyam.

– Gördünüz? – qanun keŞikçisi bu sözlərimdən ləzzət alırmıŞ kimi sevincək dedi. – Mən sizə deyirdim axı.

– Bəxtiniz varmıŞ, missis HaberŞam, – biletsatan oğlan dilləndi. – Onda odlu silah olduğuna inanmasam da, amma bıçağı… demək istəyirəm ki, o, bıçağı elə cəld çıxarıb aça bilir ki, onu istənilən adama yorta bilər.

YaŞlı qadın hələ də mat-məəttəl dayanıb üzümə baxırdı.

– Belə, – dedi. – Belə. Doğrusu, heç bilmirəm neyləyim?

– Mən deyim, – biletsatan oğlan dedi. – İirkətimizi qiyamdan və qanlı toqquŞmadan xilas etmək naminə ona öz cibimdən bir bilet verim. Mister Fut da bu barədə Şəhər bələdiyyəsinə məlumat verəndə, bunu vətəndaŞlıq Şücaəti kimi qiymətləndirilər, onlar nəinki bu pulu qaytarar, bəlkə, hələ mənə medal da verərlər, elə deyil, mister Fut?

Ancaq onun bu sözlərinə heç kim fikir vermədi. YaŞlı qadın hələ də dayanıb mat-mat üzümə baxırdı.

– Belə, – yenə dedi. Sonra portmanatından bir dollar çıxarıb biletsatan oğlana verdi.

– Elə bilirəm ki, bu, bir uŞaq bileti üçün kifayət edər, – dedi. – Elə deyil?

– Edər, – biletsatan oğlan dedi. – Ancaq sonrasından qorxuram. Qorxuram ki, onu yaxŞı-yaxŞı bir Şeyə bükdürüb, üstünə «Zəhərlidir» iŞarəsi vurdurmadığım üçün sonra məni iŞdən qovalar. Amma hər halda, risk edəcəm.

Axır ki, onlar getdilər. Az keçməmiŞ, qanun keŞikçisi əlində sendviç geri qayıtdı və onu mənə verdi.

– Dəqiq bilirsən ki, qardaŞını orda tapa biləcəksən? – dedi.

– Niyə bilmirəm ki? – dedim. – Əgər mən Piti birinci görməsəm, o özü məni görəcək. Axı o da məni yaxŞı tanıyır.

Nəhayət, qanun keŞikçisi bayıra çıxıb birdəfəlik getdi. Mən sendviçi yeyib qurtardım. Sonra içəri xeyli adam doldu, bilet aldılar, biletsatan oğlan dedi ki, getmək vaxtıdır, mən də Pit kimi avtobusa mindim və biz yola düŞdük.

Yol boyu bütün Şəhərləri gördüm. Hamısını. Avtobus tərpənəndə hiss elədim ki, möhkəm yuxum gəlir. Ancaq burda əvvəllər görmədiyim o qədər Şeylər var idi ki! Ceffersondan çıxdıq, çöllərdən, meŞələrdən keçdik. BaŞqa bir Şəhərə girdik, oradan çıxıb, yenə də çöllərdən, meŞələrdən keçdik. Yenə bir Şəhərə girdik, burada çoxlu dükanlar, pambıqtəmizləyən maŞınlar, su anbarları vardı. Sonra dəmiryolu boyunca xeyli getdik, orada açılan semaforu, ardınca gələn qatarı gördüm. Beləcə, daha neçə-neçə Şəhərdən keçdik, artıq yuxum gözümdən tökülürdü, amma yenə risk etmək istəmirdim. Nəhayət, Memfis baŞlandı. O qədər böyük idi ki, sanki, bitib-qurtarmayacaqdı. Dükanların gur olduğu yerdən keçəndə bildim ki, çatmıŞıq, avtobus indicə dayanacaq. Ancaq bura hələ Memfis deyilmiŞ, biz yenidən su anbarlarının, tüstü boruları göylərə ucalan zavodların yanından keçdik; bunlar pambıqtəmizləmə, ya da ağac emalı zavodlarıydı, dəqiq anlaya bilmədim. Heç bilməzdim ki, onlar bu qədər çox, bu qədər böyük imiŞlər. Bunları iŞlətmək üçün o qədər pambığı, o qədər ağacı hardan tapdıqlarını da anlaya bilmədim.

Axır ki, Memfis göründü. Bildim ki, bu dəfə səhv eləmirəm. Binalar göyə dirənmiŞdi. Bu Şəhər çox böyük idi, elə bil, on-on beŞ Ceffersonu bir yerə yığmıŞdılar; çölün lap kənarında salınmıŞdı və bütün Yoknapatofa əyalətində olan ən hündür dağdan da yüksəyə ucalmıŞdı. Sonra Şəhərin özünə girdik, avtobus hər addımbaŞı dayanmalı olurdu – bəlkə də, mənə belə gəlirdi – onun hər iki yanından maŞınlar sürətlə oyan-buyana Şütüyürdü və elə bil, həmin gün adamlar Şəhərin hər yerindən bura axıb tökülmüŞdülər; baŞa düŞə bilmədim ki, bəzi Şeyləri qeydə alanlar cəhənnəm, bəs burda mənə kim bilet satacaq. Nəhayət, avtobus dayandı. Bura baŞqa bir avtobus vağzalıydı və Ceffersondakından çox-çox böyük idi.

– YaxŞı. Burda orduya harda yazılırlar?

– Nə? – biletsatan oğlan dedi.

Təkrar soruŞdum:

– Orduya harda yazılırlar?

– Oh! – dedi. Sonra ora necə gedə biləcəyimi baŞa saldı. Əvvəlcə qorxdum ki, Memfis kimi böyük bir Şəhərdə oranı tapmaq mənim üçün çətin olacaq. Ancaq rahat tapdım: sonra cəmi ikicə dəfə oranın yolunu soruŞmalı oldum və axır ki, gəlib çatdım. Ora-bura Şütüyən maŞınların,

bir-biriylə itələŞən adamların basırığından, zəhlətökən hay-küyündən qurtulduğuma çox sevinirdim. FikirləŞdim ki, çox çəkməz, burda orduya yazılanlar nə qədər çox olsa, nə qədər basabas salsalar da, yəqin ki, Pit məni tez – mən onu görməmiŞdən qabaq görəcək. Bu ümidlə içəri girdim. Amma Pit burada deyildi.

O heç burda da yox idi. Otaqda qolunda iri sarğı olan bir əsgər nəsə yazırdı, iki oğlan isə onun önündə oturmuŞdu. Deyəsən, orada onlardan savayı bir neçə adam da vardı.

– Pit hardadır? – O, baŞını qaldırıb baxdı. – QardaŞımı deyirəm. Pit Qrier. O, indi hardadır?

– Nə? – O dedi. – Kim?

Yenə təkrar etdim:

– O, dünən orduya yazılıb. Pörl Harbora getməlidir. Mən də ora gedirəm. Buna görə də onu tapmaq istəyirəm. Siz onu neyləmisiniz?

Hamı təəccüblə mənə baxırdı. Ancaq mənim vecimə də deyildi.

– Tez ol, – dedim. – De görüm, o, hardadır.

Əsgər yazmağına ara verdi. Hər iki qolunu stolun üstünə uzadıb:

– Aa, – dedi. – Sən də getmək istəyirsən, hə?

– Hə, – dedim. – Orda onlara odun, su lazım olacaq. Mən də odun yığar, su daŞıyaram. Tez ol, de, Pit hardadır?

Əsgər ayağa qalxdı.

– Səni bura kim buraxıb, – dedi. – Çıx bayıra. Bunu da ağlından çıxart.

– O mənim öz iŞimdir, – dedim. – Sən mənə de görüm, Pit…

Yalan deyirəmsə, it olum, o, biletsatan oğlandan da cəld hərəkət etdi. Heç masanın üstündən də tullanmadı, yanından keçdi, mən bir Şey anlayana qədər üstümü kəsdirdi. Bircə macal tapıb geriyə sıçraya bildim; bıçağımı çıxarıb ağzını açdım, ona bir zərbə vurdum. O da qıŞqırıb geri atıldı, bir əli ilə o biri əlini tutub ufuldaya-ufuldaya donquldandı.

O biri oğlanlardan biri arxadan məni qucaqladı, bıçaqla onu da vurmaq istədim, amma əlim çatmadı.

Hər iki oğlan məni bərk-bərk tutub saxlamıŞdı; arxa qapıdan baŞqa bir əsgər çıxdı. Onun belində aŞırma qayıŞlı kəməri vardı.

– Bu nə həngamədi? Nə olub burda? – dedi.

– Bu balaca oğlan bıçaqla məni vurdu! – birinci əsgər donquldandı.

O bunu deyəndə bir də onun üstünə cummaq istədim, amma arxadan məni tutan oğlanlar aman vermədilər: bir nəfər iki nəfərə qarŞı neyləyə bilər ki? AŞırma qayıŞlı əsgər dedi:

– YaxŞı, yaxŞı, bıçağını cibinə qoy, oğlan. Bizim heç birimiz silahlı deyilik. Əliyalın adamların üstünə bıçaq çəkməzlər.

Onun səsini artıq eŞitməyə baŞlamıŞdım. Pitin səsinə oxŞayırdı, elə bil, o mənimlə danıŞırdı.

– Buraxın onu, – dedi. Onlar məni buraxdılar. – İndi de görüm, nə məsələdir?

Hər Şeyi ona danıŞdım.

– Anladım, – dedi. – Bura gəlmisən ki, yola düŞməmiŞ onunla görüŞəsən, eləmi?

– Yox, – dedim. – GəlmiŞəm ki, mən də…

Ancaq o artıq əlini dəsmalla sarıyan birinci əsgərə tərəf çevrilmiŞdi.

– Onu qeydə almısan? – dedi. Birinci əsgər masaya yaxınlaŞıb oradakı kağızlara baxdı.

– Burdadır, – dedi, – onu dünən götürmüŞük. Bu gün səhər Litl Roka yola düŞəcək dəstəyə salınıb. – Əsgərin qolunda saat vardı. Ona baxdı. – Qatar təqribən əlli dəqiqədən sonra yola düŞəcək. Bildiyim qədər əyalətin bütün uŞaqları indi stansiyaya toplaŞıblar.

– Onu bura gətirt, – aŞırma qayıŞlı əsgər dedi. – Vağzala zəng vur. Qoy vaqon bələdçisi ona taksi tutsun. Sən də mənimlə gəl.

Arxadakı baŞqa bir kabinetə keçdik. Burada ancaq bir masa, bir-iki də stul vardı. Oturub gözlədik. Əsgər siqaret çəkirdi. Uzun çəkmədi; Pitin addım səslərini eŞidən kimi tanıdım. Sonra birinci əsgər qapını açdı, Pit içəri girdi. O, hələ də əsgər paltarında deyildi. Dünən səhər avtobusa minəndə necə vardısa, eləcə də qalmıŞdı. Amma mənə elə gəldi ki, bu, dünən səhər yox, bir həftə bundan qabaq olub; o qədər hadisə baŞ vermiŞdi, o qədər yerlərdən keçib gəlmiŞdim ki! İçəri girdi. Dayanıb üzümə elə baxdı ki, elə bil, yenə evimizdəyik, o da heç yerə getməmiŞdi. Halbuki, biz indi Memfisdəydik. Pörl Harbora getmək üçün yol üstündəydik.

– Sən burda neyləyirsən? – dedi.

Dedim ki, yemək biŞirmək üçün ona odun, su lazım olacaq. Mən də sizin üçün odun yığa, su daŞıya bilərəm.

– Yox, – Pit dedi. – Sən evə qayıdacaqsan.

– Yox, Pit, – dedim. – Mən də getməliyəm. Mən getməliyəm. Ürəyim ağrıyır, Pit.

– Yox, – Pit dedi. Əsgər tərəfə baxdı. – Mən bilmirəm buna nə olub, leytenant, – dedi, – o, ömründə heç kimin üstünə bıçaq çəkməyib. – Sonra mənə baxdı. – Bunu nə üçün elədin?

– Bilmirəm, – dedim. – Birdən-birə oldu. Hökmən bura gəlmək istəyirdim. Hökmən səni tapmalıydım.

– YaxŞı, bir də heç vaxt belə eləmə, eŞitdin? – Pit dedi. – Əgər bir də eŞitsəm ki, kiməsə bıçaq çəkmisən, harda oluramsa olum, birbaŞ evə qayıdıb, səni o ki var kötəkləyəcəm. EŞitdin?

– Bilsəm ki, bu səni evə qaytaracaq, onda birinin boğazını gerçəkdən kəsərdim, – dedim. – Pit, – dedim, – Pit.

– Yox, – Pit dedi. İndi onun səsi o qədər də sərt, o qədər də hirsli deyildi, yumŞalmıŞdı. Bildim ki, bundan artıq onu dəyiŞdirə bilməyəcəyəm. – Sən evimizə qayıtmalısan. Anamızdan

muğayat olmalısan. On akrlıq torpağımı mən sənə umud olub gedirəm. İstəyirəm ki, elə bu gün evə qayıdasan. Bu gün. EŞidirsən?

– EŞidirəm, – dedim.

– Özü təkcə evə qayıda bilərmi? – əsgər soruŞdu.

– Bura ki təkbaŞına gəlib, – Pit dedi.

– Özüm qayıda bilərəm, – dedim. – YaŞadığım yer iki deyil ki, dəyiŞik salam. İnanmıram o, indi yerini dəyiŞmiŞ ola.

Pit cibindən bir dollar çıxarıb mənə verdi.

– Bununla bizim poçt qutusunun yanınacan bilet ala bilərsən, – dedi. – İstəyirəm ki, leytenantın dediklərinə yaxŞı-yaxŞı qulaq asasan. O səni avtobusla yola salacaq. Evimizə qayıt, anamızdan muğayat ol, mənim tarlama da yaxŞı bax, o andır bıçağını da cibindən çıxartma. EŞitdin nə dedim?

– EŞitdim, Pit, – dedim.

– Lap yaxŞı, – Pit dedi. – İndi mən getməliyəm.

O, əlini yenə də baŞına çəkdi, ancaq bu dəfə boynumu incitmədi. Sadəcə, əlini baŞıma qoyub, bir dəqiqə orda saxladı. Sonra isə, əgər yalan deyirəmsə, it olum, aŞağı əyilib məni öpdü. Əvvəlcə onun uzaqlaŞan addımlarının, sonra qapının səsini eŞitdim. O gedənəcən baŞımı yuxarı qaldırmadım və bununla da hər Şey bitdi; lal-dinməz, əlimi Pitin öpdüyü yerə sürtə-sürtə qalmıŞdım, əsgərsə kreslosunun içinə sıxılıb, öskürə-öskürə pəncərədən bayıra baxırdı. Sonra əlini cibinə salıb, oradan nəsə çıxartdı, üzünü çevirmədən mənə uzatdı. Kiçik bir saqqız parçasıydı.

– Çox minnətdaram, – dedim. – Elə bilirəm ki, daha evimizə qayıda bilərəm. Yolum çox uzaqdır.

– Gözlə, – əsgər dedi. Sonra harasa telefon etdi. Mən təkrar dedim ki, getməliyəm, o da yenə: – Gözlə, – dedi. – Pitin dediyini unutma.

Oturub gözlədik. Nəhayət, içəri bir qadın girdi, o da yaŞlıydı, onun da əynində xəz paltosu vardı, amma bu qadından xoŞ ətir iyi gəlirdi, həm də onun nə qələmi vardı, nə də bəzi Şeyləri qeyd etmək istəyirdi. O içəri girəndə əsgər ayağa qalxdı, qadın cəld ətrafa göz gəzdirib, məni görən kimi yanıma gəldi, əlini çiynimə elə ehmalca, elə yumŞaq qoydu ki, yalnız anam bu cür edə bilərdi.

– Gəl, – dedi. – Gedək evə, nahar eləyək.

– Lazım deyil, – dedim. – Mən Ceffersona gedən avtobusa çatmalıyam.

– Bilirəm. Hələ vaxta çox var. Biz əvvəlcə gedib nahar edəcəyik.

Onun maŞını vardı. Biz də indi o biri maŞınların arasındaydıq. Avtobuslar, sanki, bizim üstümüzlə gedirdilər və küçədə dolaŞan adamlar o qədər yaxınımızda idilər ki, aralarında

tanıdıqlarım olsaydı, onlarla söhbət edə bilərdim. Bir az gedəndən sonra maŞını saxladı. «Çatdıq», – dedi. Dönüb baxdım. Əgər bütün bunlar onun eviydisə, ailəsi çox böyük olmalıydı. Amma elə deyildi. İçərisində ağaclar bitən holldan keçdik, kiçik bir otağa girdik, burada əynində əsgərlərinkindən də xeyli parlaq forma olan zənci qulluqçudan savayı heç kim yox idi. Zənci qapını örtdü. Sonra «Bura bax!» – deyə qıŞqırıb divardan yapıŞdım, amma hər Şey öz qaydasında imiŞ: sən demə, bu bambalaca otaq, sadəcə, yuxarı qalxırmıŞ. Sonra dayandı, qapı açıldı, baŞqa bir holla düŞdük. Qadın qapını açdı, içəri girdik, burada baŞqa bir əsgər vardı, bir az yaŞlıydı, onun da kəmərinin aŞırmalı qayıŞı, hər çiynində gümüŞü rəngli quŞ niŞanı vardı.

– Bu da biz, – qadın dedi. – Bu, polkovnik Makkelloqdur. Hə, de görüm, nə yemək istəyirsən?

– Bir az donuz əti, yumurta, bir də qəhvə, – dedim.

Qadın artıq dəstəyi qaldırıb, haraylasa danıŞmaq istəyirdi, onu yerə qoydu.

– Qəhvə? – dedi. – Sən haçandan qəhvə içməyə baŞlamısan?

– Bilmirəm, – dedim. – Məncə, lap körpəlikdən, yaddaŞın nə olduğunu bilmədiyim vaxtdan.

– Səkkiz yaŞın var, elə deyil?

– Yox, – dedim. – Səkkiz yaŞ on aylığam. İndi on birinci aya keçir.

Qadın telefonla danıŞdı. Sonra oturduq. Onlara Pitin Pörl-Harbora getmək üçün dünən səhər tezdən evdən necə çıxdığından, mənim də onunla getmək istədiyimdən, amma indi evə qayıdıb anamdan muğayat olmaq, Pitin on akrlıq tarlasına qulluq etmək məcburiyyətində qaldığımdan danıŞdım. Qadın dedi ki, onların da mən boyda balaca oğulları var, İərq əyalətlərinin birində məktəbə gedir. Sonra əynində qısaətək pencək olan baŞqa bir zənci içəri girdi. Arabaya oxŞar bir Şeyi yanımıza sürdü, onun üstünə mənim istədiklərim – bir az donuz əti, yumurta, bir stəkan süd, bir də piroq qoyulmuŞdu. Hiss elədim ki, bərk acmıŞam. Ancaq elə ilk tikəni ağzıma qoyanda gördüm ki, onu uda bilmirəm. Tez ayağa qalxdım.

– Getməliyəm, – dedim.

– Gözlə, – qadın dedi.

– Mən hökmən getməliyəm.

– Bir dəqiqə gözlə, – qadın yenə dedi. – MaŞın üçün zəng çalmıŞam. İndicə gələr. Heç südünü də içmək istəmirsən? Bəlkə, sənə qəhvə gətirsinlər?

– İstəmirəm, – dedim. – Ac deyiləm. Evə çatanda yeyərəm.

Telefon zəng çaldı. Qadın ona heç cavab da vermədi.

– Gəldi, – dedi, – maŞın gəldi.

O kiçik otaqla formalı zənci də yanımızda aŞağı düŞdük. Bu maŞın iri maŞın idi və sükanın arxasında əsgər əyləŞmiŞdi. Qabaqda, onun yanında oturdum. Qadın əsgərə bir dollar verdi.

– Birdən acıb-eləyər, – dedi. – ÇalıŞıb ona münasib bir yer taparsan.

– Oldu, missis Makkelloq, – əsgər dedi.

Yenə yola düŞdük. İndi Memfisi daha yaxŞı gördüm: küçələri dolaŞıb Şəhərdən çıxanacan o, günəŞin Şəfəqləri altında par-par yanırdı. Yolda ilk tanıdığım Şey, səhər tezdən avtobusla gələndə gördüyüm dükan sıraları, böyük pambıqtəmizləmə və ağac emalı zavodları oldu. Memfis qurtaranacan, mənə elə gəldi ki, neçə mil yol getdik. Sonra bir daha çöllərdən və meŞələrdən keçdik. MaŞın çox sürətlə Şütüyürdü, əgər yanımdakı əsgər olmasaydı, elə bilərdim ki, heç Memfisdə olmamıŞam. Çox sürətlə gedirdik. Evə çatmamıŞ, hələ yoldaykən, əsgər sürücüsü olan bu iri maŞında kəndimizə – Fransız Döngəsinə girəcəyimi fikirləŞəndə birdən-birə ağlamağa baŞladım. Bu qəhər haçan yığılmıŞdı, özümün də xəbərim yox idi; heç cür kəsmək bilmirdim. Eləcə, əsgərin böyründə oturub hönkür-hönkür ağlayırdım. MaŞınsa sürətlə evimizə yaxınlaŞırdı.

 

KÖŞƏ YAZARLARI
TOP 10