İki kitab eyni gündə təqdim olunacaq

18 Baxış

biirMayın 2-si saat 16:00-da Kitabevim.az mağazalar şəbəkəsində iki müəllifin kitab təqdimatı keçiriləcək.

Tədbirdə  Müşfiq XANın “O2”  və Kənan Hacının “Uzaqdasan soyuqdur” kitabları oxuculara təqdim olunacaq.

Senet.az–a açıqlamasında Kənan Hacı eyni vaxtda iki kitab təqdimatının keçirilməsini bu cür izah edib: “Bu kitabların çapı eyni vaxtda düşdü və Müşfiq bəylə razılaşdıq ki, təqdimatı eyni günə salaq. Heç bir çaşqınlıq olmayacağını düşünürəm. Bizi oxuyan oxucu gələcək.Bu həm də yenilikdir”.

Qeyd edək ki, tədbirin sonunda müəlliflər oxucular üçün kitablarını imzalayacaqlar.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10