İki nüfuzlu mükafat birləşdirildi

10 Baxış

manbooker

“The Man Booker” mükafatı və Ən yaxşı xarici əsərə görə verilən “İndependent” mükafatı birləşib. Bu barədə “The Man Booker” Fondunun sədri mətbuat konfransında məlumat verib. O, “The Man Booker” mükafatıının iki ildə bir dəfə verildiyini, buna görə də, arada bir il itirildiyini deyib. Bundan başqa, sözügedən mükafatın əsərə, ya yoxsa müəllifə verilməsi də mübahisəli idi.

“The Man Booker” adını saxlayacaq yeni mükafatsa hər il veriləcək. Qalibə 50 min funt sterlinqlik pul mükafatı veriləcək.

Bundan başqa, qısa siyahıya düşən hər bir müəllif və tərcüməçi də min funt sterlinq alacaq. Ümumi mükafatlandırma büdcəsi 62 min funt sterlinqdir.

Qeyd edək ki, yeni mükafat 2016-cı ilin may ayında veriləcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10