İki şair eyni məkanda gənclər üçün şeir deyəcək

137 Baxış

sheirgecesi

Avqustun 1-i, saat 18:0-da Rəbiqə Nazimqızı və Aqşin Yeniseyin şeir gecəsi keçiriləcək.

Bu barədə Senet.az-a açıqlamasında tədbirin təşkilatçısı İsmi Şahzadə məlumat verib:“Dostum Məhəmməd Babaşovla belə bir qərara gəldik ki, mütəmadi olaraq bu cür şeir gecələri keçirək. İlk qonaqlarımız Rəbiqə Nazimqızı və Aqşin Yeniseydir. Bundan sonra Şəhriyyar Del Geraninin, Aqşin Evrənin, Salam Sarvanın da şeir gecəsinin keçirilməyi planlaşdırırıq”.

Qeyd edək ki, tədbir “Le Şato” (“Araz” k.t yaxınlığında) kafesində baş tutacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10