İki şöbə müdiri işdən çıxarıldı

53 Baxış

qarayevMədəniyyət və Turizm Nazirliyində islahatlar davam edir. Nazirlikdən Senet.az-a verilən məlumata görə iki rayonun mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Kollegiya iclasında şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirovun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

65 yaşının tamam olmasına görə müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixdə xitam veriləcək.

Bölmə : Sənət xəbər