14 aprel 2018-ci ildə, saat 15:00-da görkəmli dedektiv yazar Müşfiq XANın “İkimizin Hekayəsi” kitabının təqdimat və imza günü keçiriləcəkdir.
Qeyd edək ki, kitabda yazıçı Müşfiq XANın son illərdə yazdığı hekayə və miniatürlər yer alıb.
Təqdimat mərasimi Kitabevim.az mağazasının Nizami filialında keçiriləcəkdir.