“İLESAM” dərgisinin yeni sayı Əhməd Yəsəviyə həsr edildi

7 Baxış

91929_1b86a6evw1

“İLESAM Elm və Ədəbiyyat dərgisi”nin yeni sayı işıq üzü görüb. 

Dərginin bu sayı XII əsrin məşhur mütəfəkkir-şairi, ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından Əhməd Yəsəviyə həsr olunub.

“Türkün hocası Əhməd Yəsəvi” xüsusi rubrikasında Mehmet Nuri Parmaksız “Əhməd Yəsəvini anlamaq”, Mustafa Sevər “Yəsəvi müsəlmanlığı”, Nurullah Çetin “Əhməd Yəsəvidə saxta şeyx və hoca tənqidi”, Nevzat Özkan “Yolları birləşdirən adam” yazıları ilə mütəfəkkiri yad ediblər. Bu bölmədə, həmçinin, Duralı Yılmazın “Hamımız Əhməd Yəsəvinin cübbəsindən çıxdıq”, Aysun Sungurhanın “Pir-i Türküstan Əhməd Yəsəvi”, Hayati Bice “Yəsəvinin “Könül mülkü” məqalələri də yer alıb.

“Şeir” bölməsində Vahdettin Oktay Beyazlı, Serpil Öztürk Özküçük, Mehmet Ali Kalkan, Bilal Dilsiz, Hanlar Koca, Zeki Çelik, Zeki Dağlı, Saim Yaylagül şeirləri ilə çıxış ediblər. M.Rıza Qoçinin tərcüməsində Damat Salmanoğlunun şeiri də dərginin bu sayındadır. Həmçinin, İsmət Bora Binatlı, Özan Gülay Atacanın şeirləri də dərginin bu bölməsindədir.

“Məqalə” bölməsində Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin “Gələcəyə baxış: ictimai şüurun modernləşməsi”, Ramazan Durmazın “Təhsil, elm və türkcə bilinci, ya da manqurtlaşma”, Hüseyn Yeniçerinin “Türk milli kültürü və türkcə”, Mehmet Tekinin “Sənaye inqilabı və endustriya 4.0″, Durali Yılmazın “Emperyalizmin virusları” məqalələri çap olunub.

Hayrani Altunbaş “Yaradılış və dəmir”, Nail Tan “Atalar sözü və deyimlərimizin qaynağı mövzusunda yeni bir kitab: Tokmakçıoğlunun deyimlər və hekayələri” araşdırmaları dərginin “İncələmə-araşdırma” bölməsində yer alıb.

Professor Nurullah Çetinin Türk yazıçısı Metin Savaş ilə söhbəti “Müsahibə” rubrikasındadır.

Dərginin “Hekayə” bölməsində Seyran Səxavətin “Boynu əyri adam”, Hüzeyme Yeşim Koçakın “Qumru”, Ayça Nur Kip Akyolun “Babildən dönüş” nəsr nümunələri çap olunub.

KÖŞƏ YAZARLARI
TOP 10