İlham Əliyev Bəxtiyar Vahabzadə ilə bağlı sərəncam imzaladı

51 Baxış

vahabAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, xalq şairi, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin azərbaycançılıq məfkurəsinə sədaqət və tarixi-mədəni dəyərlərə ehtiram aşılayan, istiqlal ideyaları ilə zəngin yaradıcılığı milli ədəbi fikir xəzinəsinə qiymətli töhfə təşkil edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərini nəzərə alaraq qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. Şəki şəhərində xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və onun Şəkidə yaşadığı binaya xatirə lövhəsinin vurulması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin;
2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10