İlham pərisi qapımı döyəndə…

68 Baxış

ilham aslanov

 İlham Aslanov

 

 Təzə şeir

 

Gülüm, sənə təzə şeir yazmışam.

Günəş üfüqdən dənizə enəndə,

Ay nurunu göydən yerə ələndə,

Gecə yarı sən yuxuma gələndə,

Vüsalından təzə şeir yazmışam.

 

Sənin baxışından, sənin gözündən,

Bal kimi şirin dilindən, sözündən,

Ürəyimi çalan, məhtab üzündən,

Qaşlarından təzə şeir yazmışam.

 

Nəfəsinin müşk, saçan ətirindən,

Alnının üstündəki o çətirindən,

Yaşadığımız ömrün hər sətrindən,

Eşqimizdən təzə şeir yazmışam.

 

Qamətindən, boyundan, yerişindən,

Küsüb, gedib hər yeni gəlişindən,

Qönçə dodağından,sədəf dişindən,

Gülüşündən təzə şeir yazmışam.

 

Gülüm, sənə təzə şeir yazmışam.

Səhər-səhər dan yeri söküləndə,

İlham pərisi qapımı döyəndə,

Sənin üçün darıxmaqdan öləndə,

Durub sənə, təzə şeir yazmışam.

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10