İlham Qəhrəmanın yeni kitabı işıq üzü gördü

15 Baxış

115621_dlf96tzfhr

Tanınmış şair İlham Qəhrəmanın “Qanun” nəşriyyatında “Ağlama, qələm eşidir” adlı yeni şeirlər kitabı çapdan çıxıb.

Kitab tənqidçi Nərgiz Cabbarovanın “Xalq ruhunu özündə qoruyan şeirlər…”  adlı ön sözüylə açılır.

Yüzdən çox şeirin olduğu kitab beş bölmədə (“Elə yer olsun ki, alma bitməsin”, “Dəryada yanan gəmiyəm”, “İstanbul heyrət görküdür”, “Bizə salam düşmür”, “Cincilimim, quşəppəyim”) yer alıb. Şairin sayca yeddinci olan bu şeirlər kitabının bir özəlliyi də odur ki, oxucular xalq şairi Zəlimxan Yaqubun, jurnalist Məmməd Nazimoğlunun, rəssam Yusif Mirzənin, ədəbiyyat tənqidçisi Əsəd Cahangirin, şair Murad Köhnəqalanın, filoloq müəllim Həcər Paşayevanın, filoloq, alim Fərhad Qasımovun və Müslüm Mahir Hikmətin onun yaradıcılığı haqqında dedikləri fikirlərlə də tanış ola biləcəklər.

“Ağlama, qələm eşidir” kitabında müəllifin 2014-cü ildən bəri yazdığı şeirləri toplanıb. Çağdaş insanın sevgisi, taleyə müraciət, itirilmiş yurd həsrəti və digər ümumbəşəri və eyni zamanda, ağrılı mövzular kitabdakı şeirlərdən qırmızı xətlə keçir, özünün dolğun, özünəməxsus bədii əksini tapır. Kitab ümumilikdə İlham Qəhrəmanın 10-cu kitabıdır.

Bu il həm də “Qanun” nəşriyyatında İlham Qəhrəmanın toplayıb tərtib etdiyi Sarı Aşığın “Gül dəftəri” kitabı ikinci dəfə çap olunu