İlin fotoqrafı seçildi – FOTO

12 Baxış

11-Current-Affairs-News-winner-–-Alessio-Romenzi-Italy

Dünya Fotoqrafiya Təşkilatı (World Fotography Organization) “Sony Fotoqrafiya Mükafatı – 2017”də ilin fotoqrafı kimi Belçikalı Frederik Buyksu seçdi.

Buyksun mükafat qazanan işi “Bəyaz korluq” (Whiteout) gözəlliyi, miqyası və çəkilən zəhmətinə görə ilin ən yaxşı fotoqrafını seçən münsiflər heyətinə də ciddi təsir edib.

Dünyanın ən böyük fotoqrafiya yarışması olan “Sony Fotoqrafiya mükafatı 2017”də 183 ölkədən 227 min foto iştirak edib. Londondakı “Somerset House”da əsas mükafatçılar və qısa siyahıya düşənlərlə birgə, “Fotoqrafiya Sənətinə Böyük Töhfə Mükafatı”nı alan ingilis fotoqraf Martin Parrın nadir işlərinin də nümayiş olunduğu sərgi də təşkil olunub.

Peşakar kateqoriyaların qalibləri arasından seçilən Frederik Buyksun fotoları haqqında Münsiflər Heyətinin Başqanı Zelda Çetl belə deyib: “Fotoqrafiyaya baxış bucağımızda yenidən mahiyyətə qayıtmaq üçün mənzərə fotoları silsiləsini seçdim. Mənzərə tez-tez göz ardı edilsə də, əslində, mövcudluğumuzun mərkəzindədir. Bu fotolar çox ciddi bir fotoqrafın çəkdiyi ləzzət alınası gözəl fotolardı. Bu mükafatın içindən keçdiyimiz narahat dövrdə həyatın təkcə pis tərəflərini yox, həm də hər mühitin nəşə və gözəlliyini də tuta bilmək üçün daha çox fotoqrafa ilham verəcəyini arzu edirəm.”

“İlin Fotoqrafı” seçilən Frederik Buyks 25 min dollar dəyərində mükafatını Londondakı mükafatlandırma mərasimində aldı.

1984-cu ildə Antverpen şəhərində doğulan Frederik Buyks Belçikanın “De Standaard” qəzeti üçün sərbəst fotoqraflıq edir. Çəkdiyi fotolar beynəlxalq platformalarda dərc edilən və sərgilənən Buysk sonuncu dəfə “ZEİSS Fotoqrafiya Mükafatı”nın qısa siyahısına düşmüşdü. Onun mükafatı qazanan silsiləsi “Bəyaz korluq” Balkanlar, Skandinaviya və Orta Asiyada insanların adətən təcrid halında yaşadığı, təbiətlə iç-içə olduğu ucqarlarda çəkilib.

Buyks özü fotoları haqqında belə deyir: “Qarın, buzun əhatəsində insanların və heyvanların çətin hava şəraiti ilə mübarizə aparmalı olduğu qış mövsümündə təbiətin özünəməxsus bir metamorfozadan keçdiyini görürük. Mənim foto silsiləm məhv olmağa qarşı aparılan mübarizədən bəhs edir.”

Senet.az sözügedən yarışmada qalib gələn fotoları sizə təqdim edir.

İlin fotoqrafı – Frederik Buyks, Belçika

İlin portret fotosu – Georq Mayer, Rusiya

İlin idman fotosu – Yuan Penq, Çin

İlin gündəlik həyat fotosu – Sandra Hoyn, Almaniya

İlin memarlıqla bağlı fotosu – Dongni, Çin

İlin təbiət fotosu – Vill Burrard-Lukas, Birləşmiş Krallıq

İlin natürmort fotosu – Anri Aqudelo, Kolumbiya

İlin jurnalist fotosu –  Alessio Romenzi, İtaliya

İlin konseptual fotosu – Sabine Cattaneo, İsveçrə

İlin çağdaş hadisələrlə bağlı fotosu- Tasnim Əlsultan, Səudiyyə Ərəbistanı

İlin tələbə fotosu – Mişel Daiana Centil, Argentina

İlin gənc fotoqrafı – Katelin Vanq, ABŞ

Slayddakı foto – Aleksandr Vinoqradov, Rusiya

Mənbə: Twistedsifter.com   

KÖŞƏ YAZARLARI
TOP 10