İlk Buktreylerlər Festivalının nəticələri müəyyən olundu

2 Baxış

buktreylerAzərbaycanda İlk Buktreyler Festivalının bağlanış tədbiri baş tutacaq. Trend-in məlumatına görə, aprelin 22-də saat 19:00-da Nizami Kino Mərkəzində İlk Buktreyler Festivalının nəticələri açıqlanacaq.

Kinoaktyor, Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli: “Festivala cəmi 25 iş daxil olmuşdur. Təqdim olunan işlər arasında İtaliya, Fransa və Bolqarıstandan da işlər var idi. Sevindirici haldır ki, Azərbaycanda ilk dəfə baş tutacaq Buktreyler Festivalının sorağı artıq dünyaya da səs salıb. Lakin, təbii ki, bu Festival Beynəlxalq olmadığı üçün biz o işləri qəbul edə bilmədik və beləliklə 21 iş qəbul etdik.

Artıq Münsiflər Heyəti buktreylerlərin qiymətləndirilməsini tamamlamışdır. Hal-hazırda Təşkilat Komitəsi Münsiflərin verdiyi qiymətləri toplayaraq qalibləri müəyyənləşdirir. Qaliblər 22 aprel, saat 19:00-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin də iştirak edəcəyi bağlanış tədbirində elan olunacaqlar və həmçinin mükafatla təltif olunacaqlar.”

Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalın barəsində www.booktrailer.az saytında, həmçinin www.facebook.com/BooktrailerFest facebook səhifəsində ətraflı məlumatı almaq olar.