İlk milli distant proqram – “Hər kəs evində oturub, özünü sinifdə hiss edəcək”

10 Baxış

zx

“Müəllim şagirdlərə dərsi canlı izah edə, testlər yerləşdirə, məktəblilərin qiymətləndirməsini apara biləcək. Dərs izləməkdən qalan şagird promo kodu vasitəsilə yenidən öz sinfinə daxil ola, izahı onlayn izləyə bilər”.

 Bu sözləri Senet.az-a açıqlamasında Hədəf liseyinin direktoru Şəmil Sadiq deyib.

“Həm maddi baxımdan sərfəlidir, həm də istədikləri müəllimlə əlaqə yarada biləcəklər”

O, koronavirusa görə dərslərin dayandırılmasından sonra Hədəfdə yaradılan onlayn kurs sistemindən danışarkən bildirib ki, e-kurs bu gündən işə başlayır: “Bu, neçə il öncə hazırladığımız onlayn proqramdır. Sadəcə virusa görə dərslərin dayandırılması ona tələbatı daha da artırdı və işləri yekunlaşdıraraq tətbiqinə başladıq. Onlayn siniflərdə dərslərə ilkin olaraq yalnız Hədəf şagirdləri qoşulacaqlar. Amma dərslər ictimaiyyətə də açıq olacaq. Digər məktəblilər onu saytlarımızdan rahat izləyə biləcəklər. Fikrimcə, bu, ilk milli distant proqramıdır. Bilirsiz ki, əksər yerlərdə WhatsApp, Feysbuk, Skype üzərindən canlı dərslər keçirilir. Amma biz onlayn siniflər hazırlamışıq. Burada müəllim öncədən qeydiyyatdan keçmiş şagirdləri sinfə daxil edir. O, şagirdlərə dərsi canlı izah edə, testlər yerləşdirə, məktəblilərin qiymətləndirməsini apara biləcək. Dərs izləməkdən qalan şagird promo kodu vasitəsilə yenidən öz sinfinə daxil ola, izahı onlayn izləyə bilər. Dərslər buraxılış imtahanları səviyyəsindədir, IX-XI siniflər üçündür. Gələcəkdə bu sistemin aşağı sinifləri də əhatə etməsi nəzərdə tutulur. Ümumiyyətlə, kurslara gələ bilməyənləri nəzərə alaraq onlayn kurs sistemi yaratmağı düşünürük. Bu, həm maddi baxımdan sərfəli variantdır, həm də istifadəçilər istədikləri müəllimlə əlaqə yarada biləcəklər. Onlayn kurs yalnız şagirdər üçün nəzərdə tutulmayıb. Dövlət qulluğuna, magistratura və müəllimlərin işə qəbul imtahanlarına hazırlaşanlar var”.

 

“Hər kəs evində oturaraq özünü sinifdə hiss edəcək”

 

Liseyin direktoru dərslərə bu gündən başlandığını xatırladaraq bildirib ki, şagirdlərin işini asanlaşdırmaq üçün dərslər ilkin olaraq sadə variantda qurulub: Şagirdlər dərslərə onlayn tətbiq vasitəsilə qoşulacaqlar. Öncə şagirdlərə link göndərir, onları prosedur qaydaları ilə tanış edirik. Çünki texnologiyadan az istifadə edən məktəblilər də var. Sonra onların hansı dərsə qoşulmaları, hansı dildə tədris almaları yazılır. Şagird tətbiqi yükləyərək dərsə qoşulur.

 

Qeydiyyatdan keçən kimi dərsdə iştirak edə biləcəklər. Virusa görə repetitor və kursların dərslərini dayandırdıqlarını nəzərə alıb qərar verdik ki, eyni dərsi YouTube və Feysbuk üzərindən də canlı yayımlayacayıq. Doğrudur, burada şagirdlərin sual vermək, dərsə qoşulmaq imkanları olmayacaq. Sadəcə dərs dinləyəcəklər. Amma rəy bölməsində suallarını yaza bilərlər. Müəllimlərimiz imkan olduqca onları cavablayacaqlar. Dərslər saat 12-də başlayacaq. Gələcəkdə digər şagirdlər üçün ödənişli də ola bilər. Hədəfdə də dərslər ayın 3-dən dayandırılıb. Bundan əlavə, Mədəniyyət kanalı ilə də birlikdə “Dərs saatı” verilişini yayımlayırıq. Hər gün saat 2-də ölkə şagirdlərinə canlı dərs vasitəsilə kömək edirik. Amma bu sistem vasitəsilə kursun fiziki şəkildə keçirilən dərslərini onlayn variantda tədris etmiş oluruq. Hər kəs evində oturaraq özünü sinifdə hiss edəcək. Məqsədimiz sinifdəki tədrisi dərsdə iştirak edə bilməyənlərin də izləməsidir”.

 

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10