İlk türk mətbəəsinin hekayəsindən bəhs edən sərgi

4 Baxış

hg

 

İlk türk mətbəəsi kimi tarixə düşən “Müteferrika” mətbəəsinin əsərləri ilk dəfə bir araya gətirilərək “Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası”nda sərgilənir.

AZƏRTAC TRT-yə istinadla xəbər verir ki, sərgidəki ən xüsusi əsərlərdən biri Osmanlı İmperatorluğunun “Müteferrika” mətbəəsində çap olunan ilk əsər “Lügat-i Vankulu”dur. 1729-cu ildə nəşr olunan bu xüsusi əsər sərginin girişində yerləşir.

Sərgidə 22 cilddə 17 xüsusi əsər, “Müteferrika” mətbəəsi ilə bağlı sənədlər, müxtəlif dillərdə kitablar nümayiş olunur.

Sərgi dekabrın 30-na qədər davam edəcək.

Qeyd edək ki, “Müteferrika” mətbəəsinin adı ilk müsəlman mətbəəçisi, yazıçı, tərcüməçi, astronom və kartoqraf İbrahim Mütəfərrikə ilə bağlıdır.

O, Osmanlı imperiyasında mətbəə yaradaraq türkcə kitap yayımlayan ilk şəxsdir.

Bölmə : Sənət xəbər