İllər

113 Baxış

İlkin Umuxanov

İlkin Umuxanov

İllər ötür aram-aram,
Heç duymadan artır yaram,
İllər verdi tək hədiyyə
Saf doğulduq günah hədiyyə…

İllər ötdü, yaşa dolduq,
Körpə ikən körpə doğduq,
Bir tərəfdən gəldi sevinc
Bir tərəfdən getdi sevinc…

Suallarla dolan illər,
Cavablarsız ötən illər,
Dərdlərimə dərd qatırsan
Yaxınlarımı qopardırsan…

Görən bunca illər nədir?
Yetmiş yaşlı körpə gedir,
Görən hara həyat susur?
Qəbir solur, məzar susur…

Bölmə : Poeziya, Ədəbiyyat