İlqar Fəhminin əsəri Mingəçevirdə səhnələşdiriləcək

58 Baxış

ilqarfehmi3

Yeni mövsümdə Mingəçevir Dram Teatrında əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda İlqar Fəhminin “Son reportaj” tamaşası hazırlanacaq.

Bundan əlavə daha bir rejissor – Nicat Kazımovla da müqavilə bağlanılıb. Belə ki, Nicat Kazımov teatrın səhnəsində “Danışan gəlincik” tamaşasına quruluş verəcək.

Bildirilib ki, Mingəçevir Dram Teatrı həmişə diqqət mərkəzində olub. Teatrda tamaşa hazırlamaq üçün mütəmadi olaraq Bakıdan tanınmış rejissorlar dəvət edilir. Bəzi rejissorlar isə özləri Mingəçevir teatrında yeni səhnə əsərləri hazırlamağa üstünlük verirlər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10