İlqar Fəhminin imza mərasimi keçirildi

123 Baxış

Picture23Kitabevim.az kitab mağazasında Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı  İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş külliyyatından “Son reportaj”, “Nostalji”, “Sən kimsən Səfəvi?” və “Bu gündən dünənə” adlı ilk 4 kitabı oxuculara təqdim olunub. Tədbiri giriş sözü ilə f.ü.f.d. dos, Şəmil Sadiq açıb. O, qonaqları salamladıqdan sonra İlqar Fəhmi yaradıcılığından söz açıb. Şəmil Sadiq bildirib ki, yazarın əsərləri çox şaxəlidir. İlqar Fəhmi həm klassik, həm modern, həm də postmodern üslubda gəzişmələr edərək, çox gözəl əsərlər yarada bilir.

Daha sonra çıxış edən İlqar Fəhmi çoxcildliyi haqqında tədbir iştirakçılarına məlumat verdi. O, kitabın çap olunmasında köməklik göstərdiyinə görə naşir Müşfiq XANa öz təşəkkürünü bildirib: “Məni həmişə qorxudurdular ki, nə yazsan 40 yaşına qədər yazacaqsan. Ondan sonra yazmaq çətinləşir. Ancaq mənim fikrimcə bundan sonra məndə ikinci nəfəs açılacaq. Ona görə də istədim ki, bu yaşa qədər yazdıqlarımı sistemləşdirib bir silsilə halına gətirim. Artıq ilk dörd kitab çapdan çıxıb. Növbəti dördlük də – “Kinoromanlar” , “Telepyeslər” , “Ssenarilər toplusu”  və “Bakı tarixindən kollaj” çapa hazırlanır”.

Aydın Xan Əbilov, Kənan Hacı, Qəşəm Nəcəfzadə və digərləri də çıxış edərək İlqar Fəhminin əsərləri barəsində öz fikirlərini bildiriblər.

Sonda müəllif oxucular üçün kitablarını imzalayıb. Kitabevim.az-ın xatirə dəftərinə öz qeydlərini yazıb.

 

 

Picture12

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Picture9

 

 

 

Picture8

 

 

 

Picture5

 

 

 

Picture3

 

 

 

Picture2

 

 

 

Picture1

 

 

 

Picture4

 

 

 

Picture11

 

 

 

Picture7

 

 

 

Picture6

 

 

 

Picture22

 

 

Picture25

 

 

Picture24

 

 

Picture23

 

 

 

Picture21

 

 

 

Picture20

 

 

 

Picture19

 

 

 

Picture18

 

 

 

Picture17

 

 

 

Picture16

 

 

Picture15

 

 

 

Picture14

 

 

 

Picture13

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10