İlqar Fəhminin kitablarının təqdimat mərasimi keçiriləcək

236 Baxış

ilqarfehmiDekabrın 23-ü, saat 17:00-da Kitabevim.az kitab mağazasında Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı  İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş külliyyatından “Son reportaj”, “Nostalji”, “Sən kimsən Səfəvi?” və “Bu gündən dünənə” adlı ilk 4 kitabının təqdimat mərasimi keçiriləcək.

Mərasimdə KİV nümayəndələrinin, yazarın qələm dostlarının və ictimai-siyasi xadimlərin iştirakı gözlənilir.

Tədbirin sonunda müəllif oxucuları üçün kitabları imzalayacaq.

Qeyd edək ki,  “XAN” nəşriyyatında İlqar Fəhminin 12 cildlik külliyyatından daha 4 kitab “Kinoromanlar” , “Telepyeslər” , “Ssenarilər toplusu”  və “Bakı tarixindən kollaj” çapa hazırlanır.

 

 

 

ilqar fehmi 1

 

 

 

ilqar fehmi 3

 

 

 

ilqar fehmi 2

 

 

 

ilqar fehmi 1

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10