İlqar Fəhminin 4 yeni kitabı

133 Baxış

ilqar Fəhmi

 

XAN” nəşriyyatı yazıçı İlqar Fəhmi külliyatı seriyasından daha 4 kitab yaxın günlərdə işıq üzü görəcək.

 

Kitabların naşiri Müşfiq XANın verdiyi məlumata görə “Evtanaziya” kinoromanlar toplusunda müəllifin kino ilə nəsrin sintezində yazılmış əsərləri daxil edilmişdir. Şərti olaraq kinoroman adlandırılmış bu əsərlərin klassik nəsrdən əsas fərqi müəllif təhkiyyəsindən tam imtina və yaxud, təhkiyyənin minimallığı; əsərin bütün ideya və bədii yükünün yalnız süjetin və obrazların dialoqlarının üstünə yüklənməsi müasir ədəbi düşüncədə mövcud olan “müəllifin ölümü” konsepsiyasını əks elətdirir.

ilqar fəhmi evtanaziya

Yeni çap olunan digər kitabda – “Müsibəti-Fəxrəddin” telepyeslər toplusunda isə müəllifin müxtəlif illərdə qələmə aldığı rəngarəng mövzulu və üslublu telepyeslər yer almışdır. Kitabda yazıçı kinodan gələn və televiziya imkanları çərçivəsində olan bədii vasitələrdən də istifadə edib.

ilqar fəhmi müsibəti fəxrəddin

Külliyatın sayca 7-ci kitabı yeni işıq üzü görən “Dərvişin qeydləri” ssenarilər toplusuna müəllifin müxtəlif illərdə yazdığı fərqli üslublu çoxsaylı kinossenarilərdən bir neçə nümunə daxil edilmişdir.

ilqar fəhmi dərvişin qeydləri

Külliyata aid olan daha bir kitab isə müəllifin əvvəllər çap edilmiş – “Bakı tarixindən kollaj” bədii-publisistik romanıdır. Kitab Bakı tarixinə, etnoqrafiyasına, mədəni irsinə özünəməxsus, subyektiv bir baxışı əks etdirir. Əsər fraqmentar roman üslubunda yazılıb, ilk baxışdan bir-biriylə əlaqəsi olmayan, lakin daxili bağlılığı olan fraqmentlərdən ibarətdir.

ilqar fəhmi bakı tarixindən kollaj

Nəşriyyatdan verilən məlumata görə bundan əvvəl – ötən ilin sonunda İlqar Fəhmi Külliyatında yazıçının 4 kitabı – “Son reportaj”, “Nostalji”, “Sən kimsən Səfəvi?” və “Bu gündən dünənə” çap edilmişdi.

Müəllifdən aldığımız məlumata görə qarşıdakı aylarda “XAN” nəşriyyatında ”Aktrisa”, “Akvarium” və “Akvalanq” romanları, həmçinin “Çənlibel tülküsü” adlı trilogiya da çap olunacaq.