İlqar Fəhminin imza mərasimi keçiriləcək

44 Baxış

fehmiYanvarın 7-də, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı İlqar Fəhminin 4 yeni kitabının təqdimat mərasimi olacaq.

Senet.az xəbər İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş külliyyatından “Son reportaj”, “Nostalji”, “Sən kimsən, Səfəvi?” və “Bu gündən dünənə” adlı ilk 4 kitabının təqdimat mərasimində İlqar Fəhminin dostları, tanınmış yazıçılar iştirak edəcək.

Tədbirin sonunda müəllif oxucuları üçün kitabları imzalayacaq.

Qeyd edək ki, “XAN” nəşriyyatında İlqar Fəhminin 12 cildlik külliyyatından daha 4 kitab “Kinoromanlar” , “Telepyeslər”, “Ssenarilər toplusu” və “Bakı tarixindən kollaj” çapa hazırlanır.

Bölmə : Sənət xəbər