İncəsənət Muzeyində “Yeni il hədiyyəsi” adlı aksiya təşkil olunacaq

7 Baxış

1483015329876751683_1000x669 (1)

Milli İncəsənət Muzeyində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Yeni il hədiyyəsi” adlı aksiyaya start veriləcək.

Muzeydən Senet.az-a bildirilib ki, gələn il yanvarın 3 və 4-də muzeyə giriş 1 AZN məbləğində təşkil ediləcək.

Bu məqsədlə muzeyin rəhbərliyi paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonağı olan hər kəsi bu fürsətdən yararlanmağa dəvət edir.

Aksiya çərçivəsində iştirakçılar muzeyin zəngin stasionar ekspozisiyası və “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında” adlı möhtəşəm sərgi ilə tanış ola biləcəklər. Bundan əlavə, hər kəs sosial şəbəkələrdə paylaşdığı fotoları Azərbaycan Milli İncəsənət Muzeyinin #azerbmim haştağı başlığı altında paylaşa bilər. Bəyənilən ən yaxşı kreativ 15 foto seçilərək muzeyin səhifəsində paylaşılacaq.

KÖŞƏ YAZARLARI
TOP 10