İlham Aslanov
Gələrdim gülüm
Mən sənin yanına gələ bilsəydim,
Aşılmaz səddləri yarıb, kecərdim.
Ay nurlu gözəl üzünü görməyə,
Bəlalardan keçib, gələrdim gülüm.
Bir anlıq sənin yanında olmaqçun,
Nələri verməzdim, Istəsəydilər.
Bir gecə gəlib yanında qalmaqa,
Ömrümü, günümü verərdim, gülüm.
İndi qalmışam tək-tənha sənsiz,
Ürəyim kövrəlib, gülə bilmirəm.
Bilsəydim ki, sən də gözü yaşlısan,
Gəlib göz yaşını silərdim gülüm.
Sən olsaydın yer üzünün kəbəsi,
Allahdan ziyarət dilərdim gülüm,
Qurban kəsib bir gün, gəlib kuyini,
Zəvvar olub, təvvaf edərdim gülüm.
Tərk etməyir məni birdəm xəyalın,
Ən şirin yuxumdur cənnət qucağın,
Nəsibim olsaydı, gerçək vüsalın,
Qucağında qalıb, ölərdim gülüm.