İngiltərəli yazıçılar Suriyalı qaçqınlar üçün kampaniyaya başladılar

44 Baxış

fft8_mf16893İngiltərənin “bestseller”ləri Suriyalı mühacirlər üçün xeyriyyə kampaniyasına başlayıb.

Salman Rüşdi, Hilari Mantel, Devid Nikolls, Devid Ualliams, Neyl Qeyman, Ali Smit, Maykl Morpurqo kimi məşhur imzaların qoşulduğu kamnpaniya “Bir kitab al, bir həyat xilas et!” adlanır. Kampaniyaya əsasən yazarlar tərəfindən bağışlanan kitablar oktyabrın 1-dən etibarən satışa çıxarılacaq. Əldə olunacaq gəlir Suriyalı qaçqınlara yardım məqsədilə istifadə ediləcək.

“Penguin Random House” , “Pan McMilan” kimi məşhur nəşriyyatlar da kampaniyaya dəstək verəcəklərini açıqlayıblar. Kitablar “Waterstones” saytı tərəfindən internet vasitəsilə satılacaq. Oktyabrın 1-dən etibarən satışa çıxarılacaq kitabların üstündə “The buy books for Syria” (Suriya üçün bir kitab al) yazısı olacaq.

Keçən ay uşaq ədəbiyyatının nümayəndəsi Patrik Ness başlatdığı kampaniya ilə 24 saat ərzində Suriyalı qaçqınlara 150 min paund yardım etmişdi.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10