İnsan gəzirəm

88 Baxış

ikinci25Müşfiq Muğanlı

 

 

İnsan gəzirəm

İLAHİ, ürəyim söz ilə dolu,

Mən yaza bilmədim, yazan gəzirəm.

Dünya başdan-başa adamla dolu

Adamlar içində insan gəzirəm.

 

 

Biri mələk donu geyib əyninə,

Kimi kələk donu, geyib əyninə,

İnsanın mələklər qonub çiyninə,

Mələklər içində insan gəzirəm.

 

 

ALLAHIN çörəyi dizimizdədi,

Yaxşımız, pisimiz izimizdədi,

Şeytan da, iblis də içimizdədi,

Şeytanlar içində insan gəzirəm.

 

 

muganliAllahın qərarı

Dünyanın halı

Ölən insanların,

Zülüm edilənlərin,

Əsirlərin sonu…

Kasıbların haqqını yeyənlər,

Rüşvəti alanlar, talayanlar

Bəşəriyyəti bir-birinə vuranlar.

Komaların uçulması,

Qəsrlərin ucalması-

Bu həqiqətdir, həqiqət

Bütün insanların robortlaşması,

Başlarının özlərinə qarışması

Belədir, belə

Dünyanın halı

Görən neçə olacaq,

ALLAHIN qərarı.

 

 

Qucaqladı rəbbim məni…

Qucaqladı Rəbbim məni,

qucaqladı ruhumu,

Gördü göyə uzanılı,

bağlanmış əl-qolumu.

Qucaqladı Rəbbim məni,

qucaqladı boynumu,

Başıma sığal çəkdi,

nurlandırdı yolumu.

 

 

Bəzən ölmək istəyirəm

Bəzən ölmək istəyirəm,

Bu dünyanın

Qəmindən, kədərindən

Uzaq olmaq istəyirəm,

Məni TANRIM duyacaq,

Bəzən ölmək istəyirəm…

AQMM

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10