İnsan ilə vəba mikrobu dost ola bilməz!

55 Baxış

AnFilologiya üzrə fəlsəfə doktoru, elmi katib Nəcəfzadə Əzizağa Bayram oğlu

MƏHƏMMƏD ƏSƏD BƏYİN (QURBAN SƏİD) İKİ ROMANINDA

ERMƏNİLƏRİN ÇİRKİN SİMASI VƏ TÜRK SADƏLÖVHLÜYÜ

Ənvər Paşa nitqlərindən birində ermənilərlə dostluq haqqında belə söyləmişdi: “İnsan ilə vəba mikrobu dost ola bilməz!” Məqsədim bu bənzətmənin nə qədər həqiqətə uyğun olduğunu təhlil etmək, nə də Ənvər paşanın fikirlərinə münasibət bildirmək deyil. Əgər tam obyektiv yanaşsaq, bu bir sərkərdənin bir etnosun nümayəndələri ilə dostluq edənlərə münasibəti, bir növ məsləhəti kimi görünməlidir.

Məlumdur ki, son zamanlar tarixi hadisələrin təhlilini aparmaq üçün ayrı-ayrı hökumət və dövlət nümayəndələrinin, tanınmış tarixi simaların münasibətinə, tarix kitablarının səhifələrində, qəzetlərdə yazılanlara yox, sadə adamların xatirələrinə, həyat faktlarına istinadlar etməklə aparılan araşdırma üsulu daha çox maraq doğurur, onların analizi real tarixi xronika kimi daha mötəbər mənbə hesab edilir. Çünki ilk sırada sadalananlar hansısa bir maraq dairəsini təmsil edir. Sadə insanların xatirələri isə sadəcə yaşadıqlarının ifadəsidir. Fikrimizcə, buraya məktubları, hadisələrin şahidi olan müəlliflərin qələmə aldığı xatirə romanları də daxil etmək lazımdır.

Bundan əlavə, ən qədim dövrlərdən üzü bəri tarixi hadisələri gələcək nəsillərə tarix kitablarından fərqli olaraq, sadə statistika, xronika kimi deyil, doğurduğu emosiya və hisslərlə birlikdə canlı şəkildə ötürməyi bacaran, dəhşəti, zülmü, narahatçılığı oxucuya yaşadan yeganə əlverişli vasitə məhz bədii ədəbiyyatdır.

1918-ci il mart qırğınlarına münasibət bildirərkən bu prizmadan çıxış etsək, Qurban Səid imzası ilə də tanınan Məhəmməd Əsəd bəyin əsərlərindəki faktlara istinad etmək olar. İlk növbədə ona görə ki, o, heç bir ideologiyanın təsiri altında olmadan, həm də hadisələrin üstündən az keçmiş gördüklərini, eşitdiklərini, bir sözlə şahidi olduğu faktları heç bir qərəzli münasibət irəli sürmədən təsvir edir. Bir növ real tarixi faktı analiz üçün təqdim etmiş olur.

Məsələn, onun “Şərqdə neft və qan” adlı əsərində XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda və onun ətrafında baş verən hadisələr müəllifin öz həyatı fonunda əks olunur. Yəni yazarın məqsədi hansısa tarixi hadisəyə münasibət bildirmək deyil, öz həyatı ilə bağlı faktı bu fonda təqdim etməklə həyat hadisəsinin baş vermə səbəbini göstərməkdir.

Onun bu xatirə-romanında 1918-ci il mart hadisələri haqqında qeydləri çox maraqlıdır. Müəllif yazır: “Andronik və Styopa Lalay həmin günlər qəddarlıq mücəssiməsinə çevrildilər”. [3, 80] O, “Qan seli” adlı başlıq altında təsvir etdiyi hadisələrdə bu vəhşiliyin nədən ibarət olduğunu göstərir. Onlardan bir fakta nəzər salaq: “Qadınlar, uşaqlar və qocalar öz mənzillərində qətlə yetirildilər. Sakinlərin sığınacaq tapdıqları məscidlərdə qan su yerinə axdı. Kommunust və neft maqnatı Styopa Lalay bütün şəhərdə müsəlman uşaqları axtarıb-tapır, onların qıçından yapışıb havada yellədir və başlarını yola döşənmiş çaylaq daşının üstündə əzirdi. Bu yolla o, yüzdən çox uşaq öldürdü və hər qətldən sonra bağırırdı: – Ata-anamın qisası!” [3, 91] Bu müəllifin eşitdikləridir. Romanın başqa bir yerində isə oxuyuruq: “Ermənilər bizim həyətə soxuldular, ikisinin birlikdə güclə on yaşı olan uşağı onların havaya atıb xəncərləri ilə tutmalarını mən hava yarığından öz gözlərimlə gördüm”. [3, 91] Bu da şahidi olduqları.

Burada biz tərəfkeşlik görmürük. Müsəlmanların da bu qətliama laqeyd qalmadığının şahidi oluruq. Belə ki, müəllif müsəlmanların erməniləri qətlə yetirdiyini də yazır. Amma vəhşiliyin, uşaqlarına da amansız olmağı təlqin edənlərin məhz ermənlər olduğunu açıq göstərir. Oxuyuruq: “Hər erməni bu davada iştirak etməliydi. Əsir azərbaycanlılar ata-anaları müsəlmanlar tərəfindən öldürülmüş erməni uşaqlarının yanına gətirilirdi. Uşaqların əlinə xəncər verilirdi. Öz ölülərinin intiqamını almaq üçün onlar əsirin boğazını asta-asta kəsməli olurdular”. [3, 91] Müsəlman öz övladına heyvanı kəsəndə belə bu hərkətin, yəni boğazın küt bıçaqla, yaxud yavaş-yavaş kəsməyin günah, qəddarlıq olduğunu təlqin edirdisə,  ermənilər türklərə qarşı bu qəddarlığı törətməyi balalarına həvalə edir.

Otuz min müsəlman qətlə yetirildi. Styopa Lalay qələbəni bayram edirdi

Biz romanda rəqəmlərlə də qarşılaşırıq. Məsələn, müəllif belə bir cümlə yazır: “Otuz min müsəlman qətlə yetirildi. Styopa Lalay qələbəni bayram edirdi”. [3, 91] Bu tarixi xronika deyil, bu dəhşəti gözü ilə görmüş yeniyetmənin, özü də var-dövlət, qayğı içində böyüyən bir zadəganın yaşadıqlarıdır. Bu yeniyetmə də gərgin vəziyyətdə xüsusi qorunan zirzəmidə qalıb, vəhşiliklərə göz yummaq istəmir: “Axıdılan qanlar barədə telefondan gələn söyləmləri daha dinləmək istəmirdim”, deyir. Atası və keşikçilərlə bərabər üç gün sonra idarə zirzəmisindən küçəyə çıxan yeniyetmənin gördükləri tükürpədicidir: “İlk gördüyüm şey qulaq və burunları kəsilmiş, cinsi orqanları kəsilib ağızlarına soxulmuş cəsədlər oldu”. [3, 93]

Bu dəhşətli faktları cəmi bir neçə səhifədə oxuyuruq. Bu hələ zirzəmidə qorunan dövlətli bəy balasının xatirələridir. Bəs o gecənin müsibətlərini yaşayan sadə, kasıb kəndli, sənətkar balalarının yaşadıqlarını yazan olacaqmı? Xeyir? Çünki onlar ya qırğının günahsız qurbanı oldular, ya da savadsızlıqlarından bir cümlə də yazmadılar, ya da sonralar xalqlar dostluğunu təbliğ edən rejimin qorxusundan olanları unutmağa qərar verdilər.

Xalqlar dostluğuna gəlincə eyni müəllifin dünyaca məşhur olan “Əli və Nino” adlı romanında da iki gəncin məhəbbəti fonunda həmin dövrün mənzərəsini görürük. Bizim diqqətimizi çəkən isə məhz Cənubi Qafqazın XX əsrin əvvəllərində sakini olmuş, öz müqəddəratını özü həll etməyə can atan üç etnosun nümayəndəsinin – erməni, azərbaycanlı və gürcülərin dostluq münasibətidir. Maraqlıdır ki, əsərin adından başlayaraq bütün süjeti boyu izlənən azərbaycanlı oğlan və gürcü qızının məhəbbəti Şərq ilə Qərbin, Asiya ilə Avropanın qarşılıqlı münasibətini təcəssüm etdirir. Hər iki aləm nə qədər fərqli olsa da, vahid bir ortaq nəticəyə gələ bilir, düşüncələrini uzlaşdıra bilir. Bir-birinin yüksək mənəvi keyfiyyətlərini qiymətləndirir, ortaq nöqtə tapırlar. Çünki qədim tarixə malik xalqın nümayəndəsi olan Əli və Nino milli-mənəvi dəyərlərə malikdirlər, öz xalqını sevirlər.

Əsərin süjetinə bir anlıq daxil olan və lakin öz çirkin simasını göstərib, layiqli cəzasını aln erməni obrazı da var. Əsəri oxuyanda anlayırsan ki, bu obraz nə Qərbin, nə də Şərqin çərçivəsinə sığmır, vahid bir əqidəni, vətəni təmsil etmir. Bununla da yazıçının ermənilər haqqında mövqeyi üzə çıxır.

Qafqaz xalqlarının qardaşlığından artıq heç nə qalmamışdı, onun sonu çatmışdı

Üç nəfərin “əqidə dostluğu” son anda erməni Naxararyanın əmanətə xəyanəti ilə yekunlaşır. Naxararyanın Ninoya söylədiyi sözlər onun simasını, iç üzünü göstərir: “Osmanlı qılıncının təhlükəsi altında olan bizlər gərək birləşək, əl-ələ verək. Biz Avropanın Asiyadakı elçiləriyik. Prinses mən sizi sevirəm. Biz bir-birimizə layiqik. Stokholmda yaşamağa nə var ki… Stokholm Avropadir, Qərbdir. … Bu ölkənin daşı daş üstündə qalmayacaq. Taleyinizi özünüz müəyyən edin, Nino. Müharibədən sonra Londona köçərik. Bizi sarayda qəbul edəcəklər. Axı avropallı özü öz taleyini müəyyən etməyi bacarmalıdır. Mən də Əli xana hörmət edirəm, ancaq o, səhranın əbədi qulu olan bir barbardır”. [2, 118] Bu “dostluğun” Əli bəy üçün heç də asn başa gəlmədiyini, ictimai qınaqla üzləşdiyini romanın əvvəlki səhifələrindən öyrənirik. O isə buna rəğmən bu saxta munisliyi həqiqi əqidə birliyi sayır, Naxararyanın həqiqi daxili aləmini pərdə arxasından sezə bilmir. Romanda oxuyuruq: “Erməni Naxararyan ilə dostluq etməyimə görə çoxları məndən üz döndərmişdi.”. [2, 92] Müəllif Nahararyanın çətin siyasi durumda yalnız özünü düşünən, yalnız öz mənafeyini güdən ənənəvi erməni tipajı olduğunu göstərir. Bu “dostluğa” yekun vuraraq: “Qafqaz xalqlarının qardaşlığından artıq heç nə qalmamışdı, onun sonu çatmışdı”, – deyir.

Ümumiləşdirmələr bu qənaətə gəlməyə vadar edir ki, Ənvər Paşanın ermənilərlə dostluq haqqında “İnsan ilə vəba mikrobu dost ola bilməz!” fikirləri özünü tam doğruldur. Bu, Əli kimi gəncin təcrübəsində də sınaqdan çıxır.

1933-cü ildə Alman İmperiya Yazıçılar Birliyinin və İmperiya Ədəbiyyat Palatasının üzvü seçilən və sonralar faşist ideologiyasına qarşı çıxdığından sürgünlərə, təqiblərə məruz qalmış, anası rus, atası müsəlman olan Məhəmməd Əsəd bəy 1929-cu ildə Almaniyada – Ştutqardda ilk dəfə işıq üzü görmüş “Şərqdə neft və qan” adlı avtobioqrafik romanında 1918-ci il mart hadisələrini təsvir edərkən ən obyektiv mövqedə dayanmaqla eməni vandalizmini, onların vəhşiliklərini heç bir əlavə və şişirtmə etmədən bizə çatdıra bilmişdi. 1937-ci ildə Vyanada nəşr olunan tarixi hadisələrin yer aldığı məhəbbət məşhur “Əli və Nino” adlı romanında da erməni tipajını yaratmağa müəssər olmuşdur.

İstifadə olunmuş ədəbiyyat:

  1. Quliyev Həsən. Məhəmməd Əsəd bəy (Qurban Səid) – həyatı və yaradıcılığı, Tənqidi-bioqrafik oçerk, Bakı, Nurlan, 2007, 180 səh.
  2. Qurban Səid. Əli və Nino, Roman, Yazıçı, 1993, 224 səh.
  3. Məhəmməd Əsəd bəy. Şərqdə neft və qan, Tarixi-publisistik roman, Bakı, Nurlan, 2005, 328 səh.

 

Изображение лицемерия и двуличности армян, доверчивости и простодушия тюрков в двух романах Мухаммед Асад бека (Курбан Саида)

Ключевые слова: дружба народов, социальная история, мемуарная литература

Резюме

Основанные на жизненных фактах и воспоминаниях простых людей, исследования вызывают большой интерес, их анализ считается самый существенным источником реальной исторической хроники.

Если мы оценим жертвы мартовских событий с этой призмы, то можно полагаться на факты в мемуарных произведениях Мухаммед Асад бека, известного под псевдонимом «Курбан Саид».

Например, в произведении «Нефть и кровь на Востоке» под заголовком «Кровавый поток» он открыто изображает «зверство», бесчеловечность армян в этих кровавых бойнях.

 

Disgusting vision of Armenians and Turkish naivety in two novels of Muhammad Asad bay (Kurban Said)

Key words: friendship of nations, social history, memorial literature

Summary

During the analysis of historical facts , the method of investigation by reference to the memories of simple people and life facts makes more interest, their analysis is considered the most reliable source as a real historical chronicle. If we look from this side while sharing opinion on massacre of March 1918, we can refer to the facts taken from biographic novels of Muhammad Asad bay known with the pen name Kurban Said. For example, he reveals the nature of Armenian atrocity on the incidents described in his work “Oil and Blood in the East” under the title “Bloody flow”.

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10