“İnsan öz sənətini yaxşı bilməlidir ki, ondan fayda götürə bilsin” – “Qabusnamədən” hekayələr

76 Baxış

598331445612049

Senet.az oxucularına Fars ədəbiyyatının qiymətli nümunələrindən olan “Qabusnamə”dən “Elm öyrənmək və onun faydaları” ilə bağlı hekayəni təqdim edir.

Ey oğul, bil və agah ol ki, sözün əvvəlində, “peşələrdəndanışacağam”-deyərkən, mən dükan saxlamağı nəzərdətutmurdum. Peşə yalnız dükandarlıq deyildir. İnsan nə iləməşğul olsa, o da onun peşəsi sayılar.İnsan öz sənətini yaxşıbilməlidir ki, ondan fayda götürə bilsin. İndigörürəm, elə biriş və peşə tapmaqmümkündeyildirki, ondanizam-intizamolmasın.

Hər peşənin öz qayda-qanunu vardır. Peşələr isə müxtəlif və çoxdur, bunların hamısının da üsulunu bilmək lazımdır. Bunların hər birini ayrı şərh etmək mümkün deyildir, kitab böyüyüb şişər və əsas məqsəddən uzaq düşərik. Lakin hansı sənət olur-olsun, üç yerə bölünür: ya peşəyə aid olan elmdir, ya elmə aid olan peşədir, ya ağıl işlətməklə əmələ gələn peşənin özüdür.

Peşə ilə əlaqədar olan elmlər: tibb, nücum, həndəsə, yer ölçmək, poeziya və sairədir. Elmlə əlaqədar olan peşələr: musiqişünaslıq, baytarlıq və bu kimilərdir. Bunların hərəsinin öz qaydası vardır. Sən bu qayda-qanunları bilməsən, usta olsan da, bu məsələdə əli-qolu bağlı kimi qalarsan. Peşələrin özləri isə məşhurdur və onların şərhə ehtiyacı yoxdur.

Yeri gəldikcə, imkan daxilində, hərəsinin öz qaydasını sənə göstərəcəyəm, çünki bu, iki haldan xaric deyil: ya ruzigarın təsadüfləri, zamanın hadisələri sənin özünü bunlara möhtac edəcək, heç olmazsa, o ehtiyac vaxtı bunların hərəsinin sirrindən istifadə edərsən, ya böyük olduğun üçün ehtiyacın olmayacaq. Lakin böyüklərin də sənət bilməsi zəruridir. Ey oğul, bil, axirət elmindən götürə biləcəyin qədər heç bir elmdən o qədər xeyir götürə bilməzsən. Dünya elmindən xeyir götürmək istəsən, gərək ona bir peşə qoşasan, əks halda fayda görməzsən. Məsələn, şəriət elmində: qazı, qəyyum, müdərris, vaiz olmasan, dünya malından bir şey əldə edə bilməzsən.

 Nücum elmində: təqvimçilik. rəmmalçılıq, falçılıq, gözübağlayıcılıqla məşğul olmasan, istər ciddi, istərsə qeyriciddi, münəccimə heç bir şey düşməz. Tibb elmində: əliitilik, yalandan təsəlli, saxta dərman olmasa, həkim bir şey qazana bilməz. Buna görə ən böyük elm din elmidir, çünki onun əsası tohid, törəməsi şəriət ehkamları, səmərəsi isə dünya malıdır. Deməli, ey oğul, bacardıqca din elminə yiyələnməyə çalış ki, həm bu dünyanı, həm də axirəti ələ gətirmiş olasan. Müvəffəq olsan, əvvəlcə dinin əsaslarını öyrən, sonra isə törəmələrinə keç, çünki əsası bilmədən törəməyə keçmək, əsli bilmədən fər’ə keçmək təqlid hesab edilər.

 Haşiyə

 Əgər dediyim peşələrdən elmi seçsən, pəhrizkar, qənaətkar, elm sevən ol, dünya malına aludə olma.

Səbrli, incə ruhlu, gecyatan, tezduran ol, kitab hərisi ol, təvazö’karlığa adət et, işdə tez yorulan olma. Əzbərləmə və təkrarlamada tənbəllik etmə ardıcıl olaraq keçmişin təcrübəsini öyrən, tədqiqatçı, sirləri açan, alimlərin dostu, hörmətcil, elm öyrənməkdə həris və utanmaq bilməyən, öz müəllimlərinin haqqını itirməyən, qədrini bilən ol. Elə etmək lazımdır ki, kitab, dəftər, qələm, davat, qələmdan, qələmyonan bıçaq və bunun kimi şeylər həmişə öz yanında olsun. Ürəyində bunlardan başqa heç bir şey olmamalıdır. Nə eşitsən, yadında saxla, təkrar et, lakin azdanışan və uzaqgörən ol, təqlidçi olma. Hansı elm axtaran adamda bu sifətlər olsa, o, tezliklə öz əsrinin yeganə alimi olar.

 Haşiyə

 Əgər müfti olsan, əzbərdən çox şey bilən, çox dərs oxumuş ol. Namaz qılıb oruc tutmaqda ifrata varmam ikiüzlü olma, təmizbədən, təmizpaltar və hazırcavab ol. Bir məsələni yaxşı öyrənməmiş fitva vermə. Öz ehtimalına və başqasını təqlidə əsasən iş görmə. Öz rə’yini ustün tut. İki adamın şəhadəti və sözü ilə kifayətlənmə. E’tibarlı adamlardan başqa heç kəsin yazısını qəbul etmə. Hər kitabda və risalədə yazılanı qanun hesab etmə.

Rəvayətə qulaq asmaq istəyirsənsə, namə’lum adamların rəvayətlərinə yox, məşhur ravilərin rəvayətlərinə qulaq as. Etibarlı olmasalar, tək-tək adamların gətirdiyi xəbərlərə inanma. Arası kəsilmədən gətirilən xəbərlərə qarşı soyuqqanlı olma. Deyilənlərə qulaq asmağa adət et, lakin qərəzanə cavab vermə. Mubahisə etməli olsan, rəqibinə fikir ver, onun sözünü rədd edib əksini sübut etmək iqtidarın varsa, məsələyə qarış, yoxsa sözü qısa et, bir misal gətirməklə kifayətlən. Eyni məsələ haqqında bir-birinə iki zidd fikir demə,

əvvəl dediyin sözü yadında saxla ki, sonrakı sözünlə onu puç etməyəsən. Mübahisə din alimləri arasında gedirsə, əvvəlcə hədisi de, sonra onu təmsil, təşbih və mümkün ola bilən həyati hadisələrlə müqayisə et. Üsulmübahisəsində vacibatdan olanları olmayanlarla bir yerdə izah etmək eyib sayılmaz. Hər şeydən əvvəl məqsədi qarşıya qoy, sonra aydın, sərrast və yaraşıqlı danış, sözləri çeynəyib tüpürmə, qırıq-qırıq söyləmə,

lakin uzunçuluq da etmə, mə’nasız danışma.

 Haşiyə

 Ey oğul, əgər vaiz olsan. Hafizol və əzbərdən çox şey bil, xitabət kürsusünə qalxdıqda tez otur, rəqibinin zəifliyinə əmin olmayınca mübahisəyə girişmə. Kürsüdə nə istəyirsən de, onu da iddia et, sual verən olsa, qorxusu yoxdur, lakin sən fəsahətlə danış və elə hesab et ki. sənin məclisində oturanların hamısı heyvandır. Nə istəyirsən de, lakin özünü çaşdırma. Paltarını və canını təmiz saxla. Müridlərin və nə’rə çəkənlərin olsun, qoy onlar məclisində otursunlar, sən hər tə’sirli söz dedikdə nə’rə çəkib ah-fəryad qoparsınlar və məclisi qızışdırsınlar. Camaat ağlayanda, sən də hərdənbir ağlamsın, sözdə çaşsan qorxma, salavat çevitdirib dua oxu. Xitabət kursüsündə cansıxıcı olma, qaş-qabağını tökmə, onda məclisin də cansıxıcı və ağır olar.

Ona görə deyiblər ki, “Ağırlığın nəticəsi ağırlıq olar”.

Danışarkən diribaş ol, qızışdığın vaxt birdən süstləşmə. Həmişə dinləyicilərə fikir ver, əhvalat istəsələr, əhvalat danış, rəvayət istəsələr rəvayət. Qara camaatın nədən xoşlandığını bilsən, onlar da səni qiymətləndirər. Elə ki, gördün bazarın tutub, qorxma, nəyin varsa, hamısını fəsahətli söz və bəlağətli kəlam kimi işə ver getsin, bazar yaxşı gətirəndə hər şeyi alarlar. Lakin müvəffəqiyyət qazandığın vaxtlar çox ehtiyatlı ol, çünki düşmən belə hallarda özünü buruzə verir. Bəyənilmədiyin yerlərdə qalma, xitabət kürsüsündə oturarkən verilən sualların cavabını bilirsənsə, de, bilmirsənsə, özünü itirmə, de ki, dua istəyiblər. Məclisdə dediyin sözləri yaxşı yadında saxla ki, təkrar etməyəsən. Həmişə xoşsifətli ol, şəhərlərdə çox qalma, rövzəxanlarla falçıların ruziləri ayaqlarında olar. İşin düz gətirdikdə, üzügülər ol, vaizlik şərəfini qoru, bədənini, paltarını təmiz saxla, şər’i məsələlərə oruc, namaz və s. istər zahirdə, istərsə batində, könüllü riayət et. Dilin yağlı olsun, bazara çox getmə, camaat səni çox görməsin, beləliklə xalqın gözündə hörmətin olsun. Pis yaxın adamdan ehtiyatlı ol, xitabət kürsüsünün hörmətini saxla, bu barədə başqa yerdə də xatırlamışam, təkəbburdən, yalançılıqdan, rüşvətxorluqdan uzaq ol. Xalqa nəyi məsləhət görürsənsə, özün də elə et, qoy xalq səni insaflı bilsin. Elmi yaxşı öyrən, öyrəndiyini isə yaxşı ibarələrlə ifadə et ki, mə’nasız müddəa, yersiz söz, yararsız mövizə üçün xəcalət çəkməyəsən.

 Hər nə desən xofla ricaarasında de, bir dəfəliyə xalqı Allahla qorxudub, ümidini kəsmə, bir dəfəliyə də hamını başdantutma savab etməmiş, behiştə göndərmə. Nədə mahirsənsə, nəyi yaxşı bilirsənsə, o barədə də çox danış ki, sözündə əsassız müddəalar olmasın, əsassız müddəaların bəhrəsi həmişə rüsvayçılıq olar. Əgər alimlikdə böyük dərəcəyə çatıb qazılıq rütbəsinə qalxa bilsən, çalış səbirli, təmkinli, diribaş, gözüaçıq, tədbirli, uzaqgörən, adamtanıyan siyasətbilən, din elmindən baxəbər, təriqət şaxələrindən başıçıxan, hər tayfanın xasiyyətinə bələd, hər məzhəbin mahiyyətinə vaqif, hər təbəqənin zövqündən xəbərdar adam olasan. Qazılığın bütün incəlikləri sənə mə’lum olmalıdır ki, bir məzlum sənə müraciət etsə və onun şahidi olmasa, lakin ona qarşı ədalətsizlik edilib, haqqı tapdalanmış olsa, sən o yazığa kömək edə biləsən, hiylə işlədib, məharət göstərəsən və onun haqqını özünə qaytarmağı bacarasan.

 Hekayət: Təbəristandabir kişi var idi, ona qazı əl-qüzat Əbul Əbbas Ruyanideyərdilər. Bu adam elmdə, helmdə, pəhrizkarlıqda, uzaqgörənlikdə, tədbir tökməkdə çox məşhur idi. Bir dəfə bir kişi onun məclisinə şikayətə gəlib, yüz dinarının başqa bir adam tərəfindən verilmədiyini iddia etdi. Qazı cavabdehdən soruşdu, o rədd etdi.

Qazı müddəidən soruşdu: “Şahidin varmı?”

Dedi: “Yoxumdur”. Qazı dedi: “Onda cavabdehə and içdirəcəyəm”.

Müddəi zar-zar ağlayıb dedi: “Ey qazı, and içdirmə, yalandan içər, qorxusu yoxdur”.

Qazı dedi: “Mən şəriət qanununu poza bilmərəm, ya sənin şahidin olmalıdır, ya o and içməlidir”.

Müddəi qazının qabağında yerə yıxıldı, özünü torpağa sürtməyə başladı və dedi: “Amandır, belə etmə, mənim şahidim yoxdur” o yalandan and içəcək, mən məğmun olacağam, pulum batacaq, mənim işim üçün bir tədbir gör”.

Qazı həmin kişinin belə ah-zar edib, şivən qopardığını gördükdə doğruluğuna inandı. Sonra dedi: “A kişi, bu borc məsələsini əməlli-başlı danış görüm, bunun əsli necə olubdur”.

 Müddəi dedi: “Ey qazı, çoxdan idi ki, bu kişi mənimlə dostluq edirdi. Birdən bir kənizə aşiq oldu. Kənizin qiyməti yüz əlli dinar idi. Bu kişinin isə heç nəyi yox idi. Məcnun kimi gecəgündüz ağlayır və ah-zar edirdi. Bir dəfə gəzməyə getmişdik, biz ikimiz çöldə tək idik, bir müddət oturub söhbət etdik. Bu kişi hey kənizdən danışır və zar-zar ağlayırdı. Onun halına ürəyim yandı, iyirmi illik dostum idi.

Dedim: “Filankəs, sənin pulun yoxdur, mənim də onu alacaq qədər çox pulum yoxdur. Bir adam tapa bilərsənmi ki, sənin dadına çatsın? Mənim bütün var-yoxum yüz dinardır, uzun illər ərzində toplaya bilmişəm. Bunu sənə verirəm, qalanını özün bir yol ilə tap, kənizi alıb bir ay saxla, bir aydan sonra satıb mənim pulumu qaytar”.

Bu kişi mənim qarşımda yerə yıxılıb and içdi ki, heç bir ay da çəkməz, sonra xeyrinə-ziyanına satıb sənin pulunu qaytararam. Mən qızılları qurşağımdan açıb bu kişiyə verdim, bir mən idim, bir o idi, bir də Allah. İndi dörd ay keçir, nə qızılımı verir, nə kənizi satır”.

Qazı dedi: “Sən qızılı ona verən zaman harada oturmuşdunuz?”

Dedi: “Bir ağacın altında”.

 Qazı dedi: “İndi ki, sən ağacın altında olubsan, bəs nə üçün deyirsən şahidin yoxdur”. Sonra cavabdehə dedi: “Sən burada mənim yanımda otur”. Sonra müddəiyə dedi: “Ürəyini sıxma, ağacın altına get və ona de ki, qazı səni çağırır. Əvvəl iki rük’ət namaz qıl, bir neçə dəfə peyğəmbərə salavat çevir, sonra ona de ki, qazı deyir gəlib şahidlik etsin”. Cavabdeh dodaqaltı gülümsədi, qazı gördü, lakin üstünü vurmadı, ürəyində qəzəbləndi, lakin hirsini uddu.

Müddəi dedi: “Ey qazı, qorxuram o ağac mənim sözumlə gəlməyə”.

Qazı dedi: “Mənim bu möhürümü apar,ağaca de ki, bu qazının möhürüdür, deyir gəlsin, şahidlik etsin”. Kişi qazının möhürünü alıb getdi. Cavabdeh orada qazının yanında oturdu qazı bu kişiyə əhəmiyyət verməyib başqa işlərlə məşğul olmağa başladı. İş arasında bir dəfə qazı üzünü kişiyə çevirib soruşdu: “A kişi, filankəs o ağaca çatmış olarmı?” Kişi dedi: “Yox, hələ çatmaz, ey qazı”. Qazı yenə öz işi ilə məşğul olmağa başladı. O kişi möhürü aparıb ağaca nişan verdi və dedi: “Qazı səni çağırır”.

 Bir az gözlədikdən sonra ağacdan heç bir cavab çıxmadığı üçün kor-peşman qayıdıb qazıya dedi: “Ey qazı, möhürü göstərdim, gəlmədi”. Qazı dedi: “Səhv edirsən, ağac gəldi, şahidlik edib getdi”. Sonra üzünü cavabdehə çevirib dedi: “Bu kişinin pulunu ver!”

Kişi dedi: “Mən burada oturduğum müddətdə heç bir ağac gəlib burada şahidlik etməyibdir”.

Qazı dedi: “Doğrudur, heç bir ağac gəlib şahidlik etməmişdir, lakin əgər sən o ağac altında bundan qızıl almayıbsansa, bəs mən səndən soruşanda ki, bu kişi ağaca çatıb, ya yox, sən nə üçün dedin: “hələ yox”, yə’ni buradan ora qədər uzaqdır. Qızıl almayıbsansa, haradan bildin ki, o hələ ora çatmayıb? Sən ondan qızıl almamış olsaydın, mənə deyərdin: “Nə ağac, mən ağac-zad tanımıram və bilmirəm ki, o hara getmişdir”.

Qazı kişini məcbur etdi, qızılı alıb yiyəsinə verdi. Deməli, bütün hökmləri kitabdan çıxarmazlar, gərək özündən də axtarıb bir şey tapasan. Bir də gərək evdə çox təvazö’kar olasan, məhkəmə məclisində isə nə qədər heybətli oturub qaş-qabağını töksən gülməyib az danışsan o qədər əzəmətli və həşəmətli görünərsən. Vüqar və təmkinlə hərəkət et, söz eşidib hökm verməkdən qanın qaralmasın, özündən çıxma, səbirli ol, çətin məsələ rast gəldikdə tək öz rə’yinlə kifayətlənmə, başqa müftilərlə də məsləhətləş. Həmişə fikrin aydın olsun, dediyim kimi, şəriət məsələlərindəki təcrübədən də istifadə et, çünki şəriətdə qazının rə’yi də qanun hökmündədir. Bir çox məsələləri şəriətlə həll etmək çətin olduqda, qazı onu asanlıqla yoluna salar. Qazı müctəhid olsa, daha yaxşıdır. Qazı zahid, pəhrizkar, dindar və müctəhid olmalıdır və bir neçə halda fitva verməməlidir: birinci can olduqda, ikinci susuz olduqda, üçüncü hamamdan çıxdıqda, dördüncüsü qanı qaraldıqda, beşincisi dünya işləri haqqında fikirli olduqda.

Qazının diribaş və çəld vəkilləri olmalıdır ki, hökm çıxarıb fitva verərkən, müttəhimlər qazıya cürbəcür sərgüzəştlər danışıb, ona nağıl və əhvalat söyləməsinlər və beləliklə, havayı yerə onun vaxtını almasınlar. Qazının borcu hökm çıxarmaqdır, istintaq deyildir. Bir çox istintaqlar var ki, onu aparmamaq aparmaqdan yaxşıdır. Qazının nitqi qısa olmalı, o tezliklə şahidləri dindirib anda keçməlidir. Adamların dövlətli və sırtıq olduğunu gördükdə, işi boş tutmayıb, yə’ni qorxmayıb bütün təcrübələrdən, tədbir və fəndlərdən istifadə etmək lazımdır. Həmişə qazının yanında ədalətli və xeyirxah məşvərətçiləri olmalıdır. Qazı çıxardığı hökmləri geri götürməməli, verdiyi əmrləri qüvvədə saxlamalı və onları dəyişdirməməlidir. Zəruriyyət olmadan öz əli ilə heç bir qəbz, qəbalə və tə’liqə yazmamalıdır. Öz imzasının qədrini, öz sözünün hörmətini saxlamalı və yalnız öz qolu olan yerə möhür vurmalıdır. Qazının ən böyük hünəri onun elmi gözəl bilib, helmi yaxşı mənimsəməsidir. Əgər bu sənətlə məşğul olmasan, ya müvəffəqiyyət qazanmasan və orduda qulluq etməyi özünə peşə seçməsən, heç olmazsa ticarətə meyl göstər, bəlkə bu yolla bir şey ələ gətirəsən, çünki ticarətlə qazanılan hər şey halal hesab edilər və hamı tərəfindən bəyənilər. Kömək isə Allahdandır.

KÖŞƏ YAZARLARI
TOP 10