İnsanları ovlamaq bütün idmanlardan daha çox həyəcanlıdır

76 Baxış

zodiaka Senet.az “XAN” nəşriyyatında işıq üzü görmüş Teymur Fərzi və Nəbi Hacıyevin həmmüəllifi olduqları “Silsilə qətllər törədən qatillər” kitabından bir hissəni təqdim edir:

“Zodiak qatil”

 

“İnsanları öldürməyi sevirəm, çünki çox əyləncəlidir”.

“İnsanları ovlamaq bütün idmanlardan daha çox həyəcanlıdır”.

 

Qurbanların sayı: 5 ölü, 2 yaralı (sayı 37-yə qədər ola bilər)

Cinayətlərin tarixi: 1968-1969-cu illər

Ölkə (ərazi): Amerika Birləşmiş Ştatları

 

İlk cinayətini Kaliforniyada törətdikdən sonra polisə məktub göndərərək “Bu son olmayacaq” deyə yazmışdı. Sonralar bunu vərdiş halına gətirərək hər cinayətdən sonra polislərə şifrəli mesajlar göndərib “zodiak” işarəsi ilə imzaladığına görə, qeydlərdə adı “Zodiak qatil” olaraq qalmışdır.lk cinayətini 1968-ci ildə törədən, 1978-ci ildə ondan xəbər tutduqdan sonra ortadan yox olan və bu günə qədər hələ də tutula bilməyən,  kriminologiya tarixinin ikinci “Qarındeşən Cek” hadisəsi olaraq adlandırılan məşhur silsilə qətllər törədən qatildir. O, gecələr gəzən silahlı bir qatil idi. Qurbanlarını təsadüfi seçirdi.

San Fransiskoda 1968-ci ilin dekabr ayı-1969-cu ilin oktyabr ayları arasında 5 nəfəri öldürüb, 2 nəfəri yaralamışdır. Zodiak olaraq tanınan qatilin ilk cinayəti 20 dekabr 1968-ci ildə Kaliforniyada avtomobilin içində oturan cütlüyü öldürməsidir.

silsile5 iyul 1969-cü ildə qatil yenə avtomobilində oturan bir cütlüyü hədəf aldı. Qadın öldü, kişi isə yaralı olaraq xilas ola bildi. San Fransisko qəzetlərinə Zodiak işarəli məktublar göndərildi. Məktublarda bir şifrə var idi: “Cənnətdə yenidən doğulacağam və bütün öldürdüklərim mənim kölələrim olacaq. Sizə adımı verməyəcəyəm. Çünki sonrakı həyatım üçün kölə toplamağımı dayandırmağa çalışacaqsınız.”

Qatil 27 sentyabr 1969-cu ildə Beriessa gölündə yenidən cinayət törətdi. Burada gəzən cütlüyə hücum etdi. Sonra telefonla cəsədlərin yerini polisə bildirdi.

Son qurbanı 11 oktyabr 1969-cu ildə San Fransiskoda vurularaq öldürülən taksi sürücüsü idi. Sürücünün qanlı köynəyindən kəsilmiş parçalar və bir məktub daha sonra “San Fransisko xronikası” qəzetinə göndəriləcəkdi. Məktubda “Bir səhər bir məktəb avtobusunu aradan götürəcəyəm” yazılmışdı. Amma bu əməli baş tutmadı.

Cinayətləri əsnasında göz hissələri deşilmiş, üzərinə ağ rənglə zodiak işarəsi qoyulmuş qara bir kukladan istifadə etdiyi məlumdur. Bu hadisədən sonra gözdən itən qatil bir daha tutula bilmədi. Cinayətlərinə hələ də davam etdiyi söz-söhbətləri gəzir. Ceri Co Beyts cinayətinin də daxil olduğu yüzlərlə cinayətin səbəbkarı olaraq axtarılmaqdadır. Hər cinayətindən sonra gah şəhərin polis rəisinə, gah da bələdiyyə başçısına göndərdiyi şeirləri polis və vəkil yetişdirən müəssisələrdə dərs mövzusu ola bilər.

 

 

 

 

“Zodiak qatil”in məktublarından biri

zodiaka2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10