İnsanlığın ilk beş irqi yadplanetli idimi?

191 Baxış

 geneSenet.az Amerika əsilli Meksikalı yazar Gene D. Matlokun “Ey insanlar, hamınız türksünüz!” kitabından bir hissəni təqdim edir. Qeyd edək ki, “XAN” nəşriyyatında işıq üzü görən bu kitabın redaktoru f.ü.f.d.,dos. Şəmil Sadiq,  Türkiyə türkcəsindən dilimizə uyğunlaşdıran isə Sara Sadıqovadır.

 

Türk Arian köklərimizi unudaraq, özümüzü “Xris­tian­lar”, “yəhudilər” adlandıran bizlər “türk­lə­rin tarixi” mənasını verən “Tora”[1]nı “Təqvin”, “Çıxış”, “Levililər”, “Saylar” və “Təs­niyə” kimi tanıdıq. İnsanlığın xilası və hə­yat­da qal­ma­sı üçün açılmalı olan bütün sirləri ilk beş irqdən miras aldıq: Yadu, Turvasa, Druhyus, Anu və Puru. Arianlar da adlanan bu irqlərin hər biri ey­ni za­man­da türk idi və hələ də türkdürlər (Ari, yaxud Kuru).

“Təqvin”in 6-cı babı ən uzaq dövrlərdə, yerdə Nefilim ad­lı insanların yarandığından bəhs edir:

“Və vaqe oldu ki, yer üzündə adamlar çoxalmağa başlayır. On­­ların qızları doğulan zaman Allah oğulları insan qızlarının gözəl olduqlarını gördülər. Və seçdiklərini öz­lə­rinə arvad etdilər. Və Rəbb dedi: Ruhum insan ilə əbə­diyyən yarışmayacaq. Çünki o da ətdəndir. Bunun üçün onun günləri yüz iyirmi gün olacaq. Allah oğulları insan qız­la­rına çatdıqları və bu qızlar onlara uşaq doğduqdan sonra yer üzündə Nefilim[2] var idi. Bun­­lar qədim zamandan zorba və şöhrətli adamlar idilər”.

Müqəddəs kitabda Nefilimin ard-arda gələn dal­ğa­lar kimi ayaq basdığı ilə bağlı vurulan eyhama[3] diqqət yetirin. “Təq­vin”i oxuyan bir çox adam təbii olaraq onların kos­mos­dan gəldiklərini sezəcək. Başqa hardan gəlmiş ola bi­­lərdilər ki?

Kosmik gəmilərlə ayaq basmışdılar? Bunu kim də­qiq deyə bilər? Finikiyalılar hələ Böyük tufandan əv­vəl­ki sivilizasiyalarının 30 min il yaşı olduğunu qeyd et­miş­dilər. (Rg Veda History, Rajesvar Gupta; səh. 16). Bu zaman ərzində, həm ictimai, həm də texnoloji baxım­dan çox yüksək sivilizasiyaya nail ol­muş­dular. İnsan əvvəldən işıq sürəti ilə yol getməyibsə, onun kosmosda bu qədər irəli get­mə­yi gözə ala bilməyəcəyini mütəxəssislər də, qeyd edir. “Star Trek” adlı bir televiziya serialını xatırlayıram. Kosmik gəmidəki he­yət­dən biri hansısa planeti görmək istəyəndə  işığa çev­­rilir və işıqlanırdı.

Əsl xristian kabbalası olan “Tomas İncili”ndə İsa öz davamçılarına və düşmənlərinə özünün də, mürid­lə­ri­nin də işıqdan gəldiyini söyləyir. Əgər nə vaxtsa insan övla­dı­nın belə bir ağlasığmaz işi bacarması mümkün olarsa, bu bə­sit nümunənin də işıqlanması gə­rəkdir. Beləliklə, onun bədənindəki atom və mo­le­kul­lar özünü insanın Müqəddəs ruhu olan ilk halında ye­­nidən formalaşdıra bilər.

 

“Əgər səndən “haradan gəldin?” – deyə soruşsalar, onlara “Bizlər işıqdan gəldik, işığın özü ilə uyğunlaşıb vücuda gəl­diyi və özünü formalaşdırdığı, onların da görünüşü ilə tə­za­hür etdiyi yerdən” –  de. Əgər səndən, “O sənsənmi?” – deyə so­­ruş­salar, “Biz onun övladlarıyıq və yaşayan atanın seçilmiş qul­larını görürük”. Əgər səndən “Atanın sənin içindəki işa­rə­si nədir?” – deyə soruşsalar, onlara “Onun hərəkəti və isti­ra­hətidir” – de. (“Tomasın deyişi”. 50)

 

İsa “Efeslilər 58”-də müridlərinə demək olar ki, eyni şey­ləri söyləyir. “…Çünki bir vaxtlar qaranlıq idiniz, fə­qət indi Rəbbdə nursunuz, nurun övladları olaraq ye­ri­yin…”

“Hamınız işığın övladlarısınız və gündüzün övlad­la­rı­sınız, bizlər gecənin və qaranlığın deyilik”.

Əgər bu­­rada “işıq” günəş işığı mənasına gəlmirsə, bəs onda han­­sı mənadadır?

Bütün dinlərin əcdadları günəş işığını müqəddəs say­mışlar. “Tövrat” onu Tanrı ilə bir tutur. “O təkcə işıqda yaşa­maz, (Çıxış 24-10:1; Tim: 110:16) eyni zamanda onu üstünə də geyinmişdir (Ps. 104-2); o, işıqdır”. (1 Yuhanna 1:5) Bu səbəbdən də Tanrı inkarnasiya olduğu zaman, ona “dünya-nın işığı” deyilmişdir (Yuhanna 1; 1-18; 18:12): İşıqda yeri-mək qurtuluşu gətirər (Yuhanna 8:12; 12:36; 1 Yuhanna 1:12; 12:36; 1 Yuhanna 1:77; 2 Kor. 4:6, vb); Tanrı olmadan gedilən yol qaranlıqdır (Yuhanna 3:19; 12:46, vb.)

Araşdırmalarım zamanı, “Əhdi-ətiq” və “Əhdi-cədid”də Tanrının işıq olduğunu söyləyən ifadələri say­dım. Heç hamısını saymamışdım ki, mə­nim­lə eyni fikirdə olmayan adamlar “İsanın müqəddəs ki­tabının doğru təhlilinə” işarə edəcəklər. La­kin heç bir halda kimsə müqəddəs kitabları doğru şə­kil­də anlamır. Hətta dünyadakı bütün müqəddəs kitab­la­rı araşdıran mən belə. Hər kəs öz üslubunda təhlil edir.

Demək olar ki, İsanın dövründə yaşayan hər kəs oxu­maq-yazmaq bilməyən bəsit insanlar idi. Onlar “işı­ğın” başqa heç bir vasitə olmadan günəşdən gəldiyi ha­lını başa düşürdülər. Bu səbəbdən də edilən moizələri din­ləyən bir çox adam onun həqiqətən də Apollonun in­kar­nasiyası[4] olduğunu se­zir­di. Beləliklə, onun sədası Müqəddəs torpaqlardan Orta Asi­yaya və mərkəzi Qərbi Hindistana qədər sürətlə ya­yıl­­mışdı. İnsanlar işığı başqa mənada anlamış ol­say­­­dılar, bizim bildiyimiz İsa Məsihi günümüzdə heç kəs tanımazdı.

İsa özünün, müridlərinin və bütün insanların baş­lan­­ğıcda  saf işıq olan “Tanrının nəfəsi”ndən meydana gəl­­­diyini dəfələrlə açıqlamışdır. Bu “anlamağın aydın­lı­ğı” deyil, parıldayan, göz qamaşdıran bir işıqdır. Gü­nəş­­dir. Yer üzündəki heç bir varlıq – bitki, ya da heyvan işıq­sız var ola bilməz. Əlbəttə, nəyinsə işıqdan – Tan­rı­nın nəfəsindən – yaradılması üçün planetdəki həyat şərt­­lərinin də bunun mümkün olmasına şərait yaratması gərəkdir.

Qədim hind hekayəsi olan “Bavishya Purana”da, İsa və kral Salivahananın görüşü zamanı əda­lətli kral İsadan öz təlimini təsvir etməsini istəyir. “Ey kral, doğ­rusu, bütün qüdrət günəşin mərkəzi olan Tan­­rı­da­dır”, –  deyə İsa cavab verir.

Nefilimlər və onları “izləyənlərin” sözügedən “yerli ölüm­lülər”dən ehtiyat etmədiyini və onlara yuxarıdan aşağı baxmadıqlarını bilirik. Çünki nəsillərini davam etdirmək üçün evlə­nə­rək onlarla qaynayıb-qarışmışdılar.“Tora” bizə doğ­ru­ları söyləyir. Nefilimdən əvvəlki insanlar Nefilim kimi tanınan ilk beş irqdən birinin sələfləri idilər. Onlar da vaxtilə buraya işıq dalğaları şəklində gəlib çatmış­dı­lar.

İlk vaxtlar Nefilimlər üçün işlər yaxşı getmişdi: beş Kristaya, yaxud Arian qövmü, Yadular, Oruhyular, Tarvasa, Anular və Purular üçün. Yer üzünün mühiti on­­lara o qədər yaxşı təsir göstərmişdi ki, təxminən 10 əsr ərzində Tanrının biçdiyi ömür müddətindən daha artıq ya­şa­­ya bilmişdilər. Eyni zamanda, heç bir  məhdu­diy­yət­ləri yox idi. Öz iradələri ilə bədənlərinə girə və çıxa bi­lir­dilər. Öz fiziki bədənlərində uzun müddət qalmaq­dan bezsələr, saf işıq enerjisinə çevrilərək qalaktikanın digər böl­­gələrinə gedə bilirdilər.

Onlardan biri xəstələnsə, bir, ya iki doza artıq işıq enerjisi ilə sağala bilirdi. Çinin “Sarı imperatorun daxili müalicə qaydaları” kitabı olan “Nei Çing”[5] də bunu təsdiqləyir:

“Sarı imperator belə deyir: “Ən qədim zamanlardan bəri göy ilə bağlantı həyatın ən uca təməlidir. Bu təməl isə Yin və Yanq arasında, Göy və Yer arasında və altı nöq­­tənin içində yerləşir”.

Taonun təbiətini izah edən “Nei Çing”in “Tövrat” ilə ne­cə bir ahəngdə olduğuna diqqət yetirin. Beləliklə, “Nei Çing”in Anu irqinin “Tövrat”ı ola biləcəyi nəticəsinə gələ bi­lə­rik.

“Nei Çing”dən daha bir iqtibas gətirirəm:

”Yanqın atmosferi Göy və Suo ilə bənzərdir. Bu at­mos­­feri itirənlər öz ömürlərini qı­sal­­dır və həyatlarına davam edə bilməzlər. Göyün hərə­kə­ti Günəş tərəfindən aydınlanır. Yanq insan bədənini xaric­dən qorumaq üçün yüksəlir”.

Dünyadakı bütün Toralar həyatın gü­­nəş işığından gəldiyi məsələsində dönə-dönə təkid edirlər.

“Nei Çing” insan oğlunun bütün xəstəliklərinin o mənəvi və əxlaqi çürük­lü­yə düşməyə başlamazdan öncə Tan­rılar tərəfindən sağaldıldığını söyləyir. O son­­ralar dərmanlara, manipulyasiyaya, əməliyyatlara möh­­­tac qaldı. “Tanrılar işıqdan gələn əsas element­lə­rin nə daha artığı, nə də daha azıdır”.

Qeyd etdiyim kimi, Tufan sonrası beş cəddimiz özlə­ri­ni qutuda saxladıqları qatılaşdırılmış işıq enerjisi ilə sağaldırdılar.  “Tövrat” (Musanın beş kitabı), Akt san­dığı[6] adlandırdığımız bu radian enerjinin öldürə və müa­licə edə bildiyindən bəhs edir. Musa Türki Toros­lar­da, yaxud Sinay (Sion) dağında Tanrı ilə görüşəndə, Tanrı ona öz enerji qutusunu düzəltmək üçün təlimatlar ver­mişdi. Qutuya kilidlənən bu enerji həyat vermək və yox etməyə qadir idi. Eyni zamanda, şəhərləri və xalq­ları da yox edə bilərdi.

Sanskritcə Akt “günəşə, misə, atəşə aid, yaxud bu­nun­la əlaqəli” mənalarını verir.

Hind müqəddəs kitabları da hər şeyə gücü ça­tan bu işıq enerjisi haqqında danışır. Əfsanələrə görə, onu Hindistana işğalçı Kriştayalar gətirmişdilər.

Türk naqaların lideri, bulqar Arian kralı Kubera və onun Yaksha və ya Yakhu (Yehuda) ordusunu, təbəəsini Qanq yaylaqlarına yönəltmişdi. Bunun Böyük tufandan son­­ra baş verdiyi ehtimal olunur. Yanlarında “müqəddəs mə­­bəd”lərini öz ardınca çəkən uzun at və öküz arabası ilə birgə gəl­mişdilər. Bu, taxtadan və  divarları olan bir at ara­ba­sı­dır. Hindli şərqşünas Malati J.Şendge (Malati J. Shendge) bunu belə təs­­vir edir:

 

“Səkkiztəkərli, doqquzqapılı, alınmaz bir qa­lay­dı…” Bu təkərli sığınacağın içində üç təkər barmaqlığı və üç dayağı olan Swarga (Səmavi işıq), ya da Hiranyaya Kosa (Tanrının xəzinə evi) adı verilən, qızıldan kiçik bir qu­tu var idi. “Kiçik qutunun içində qəribə bir vulkanik qa­ya parçası vardı. Yəhudilərin əcdadları buna “yaksa” adı­nı vermişdilər. Kiçik qutu qapalı saxlandığı hal­da, içərisindən gizli bir işıq yayılırdı. Min illər ər­zində Swarga kəlməsi ibranicəyə Zarkor (işıldayan) ola­raq keçmişdir. Kabbalanı açıqlayan Zohar kəlməsi də “Swarga”dan törəmişdir.

Yaksa (Qoruyucu mələk) elementindən gələn enerji özü­nü Müqəddəs təslisə həsr etmiş hansısa insanın zeh­­nini gəncləşdirə bilərdi. Həm də qurumuş çöllərdə bit­kilərin böyüməsinə kömək edirdi. Eyni zamanda çox, güc­lü bir kinetik enerji yayırdı. Bununla yanaşı, pis niy­yət­li insan “Qoruyucu mələk” (yaksa) daşına toxu­nar­dısa, o ya alovlanıb yanar, ya da rezin top kimi sağa-sola atlanardı. Təkcə rahibləri ən təmizi qutuya yaxın­la­şa bilərdi. O da sadəcə bir-iki dəqiqəlik”.

 

Yazıçı Murad Adcı öz kitabında rahiblərin məbədlərdə bəzi sə­bəb­lə­rə görə, Hodaini (Tanrını), ya da Tenqrini şərəfləndirmək üçün bir neçə də­qi­qədən çox qala bilmədiklərinə işarə vurur.

Dualar məbəddən başqa Tenqrinin açıq sə­ma­sı altında da oxunardı. Keçmişdə Altay insanlarının dua etmək üçün müqəddəs dağların ətəklərində top­lan­dıq­ları kimi. Qalıqlara baxsaq, mə­bəd­lər çox da geniş deyildi. Ana vətənlərindəki müqəd­dəs dağları xatırlatsın deyə inşa edilmişdi. Son­ra­dan arxitektura kimi təkmilləşdilər.

Xüsusi ruhban zümrəsi (ruhban-dünya zövq ne­mət­lə­rin­dən imtina etmiş, dərviş həyatı sürən rahib) xaricində – o da bir ne­çə dəqiqəlik – heç kəs məbədlərə girə bil­məz­di. Bundan artığından ehtiyat edirdilər. Çünki məbədin için­də nəfəs almağa icazə verilmirdi.

Tanrı (Tenqri) rahiblərinin məbəddə nəfəs alma­la­rı­na icazə verilməməsinin daha dərin səbəbi olmalıdır. Qə­dim Türki məbədlərdə bu sandıqlar mühafizə olu­nur­dumu? Yoxsa, təkcə batil inancları var idi? Bunu demə­liyəm ki, onlar özlərindən sonra gələcək bütün in­san­lardan daha rasional idilər. Bütün əsas və dəyərli mə­dənləri əritməyi öyrənmişdilər. Demək olar ki, dünyadakı bütün əlifbaları onlar icad etmişdilər. Gəmiləri ilə hər yerə səyahət edə bilirdilər. İşlərini yaxşı bilən Səma biliciləri, şair, mütəxəssis və filosof idi­lər.

Bu cür insanlar, həqiqətənmi məntiqdənkənar batil inanclara görə məbədlərdə nəfəs almaqdan qorxa bi­lər­dilər?

Bu məbədlərə Günəşə ibadət etmək üçün girən zaman onların əsə­bi və narahat olmalarının tutarlı səbəbləri vardır.

Bizlər sadəcə, Musanın bir “yaksa” daşı tapmasına “inan­mağın” üzərində dayandıq.

Lakin ənənə Kuberanın da onu tapmasını əks etdirir. Musa öz “yaksa”sını Toros (Tavr) dağlarında tap­mış­dı. Kubera isə Bolqarıstanda tapdı. Tenqri və ya Hoday (Tanrı) məbədlərinin hamısı üçün kifayət qədər “yaksa”nın tapıldığı doğru ola bilər. Türklər Sinay (Sion) dağının Toros (Tavr) dağ silsiləsinin bir hissəsi ol­du­ğunu söyləyir. Ku-beranın Sina dağını tapıb-tapma­ya­cağını anlamaq üçün Bolqarıstandakı dağ adları üzə­rin­də işləməyə qərar ver-dim. Orada “Sinanika” (Sinanica) adı verilən bir dağa rast gəldim. Sanskritcə lü­­ğə­timə baxdığım zaman Senanikhanın “Tanrı Brah­ma­ya (və ya Göy üzünə) aid olan” mənasına gəldiyini gördüm. Sina­nika dağının zirvələrində daha çox yaksa daşının olması mümkündürmü? Toros dağ silsiləsinin əlçatmaz zirvə­lə­rin­dən hələ də bu daşlardan əldə etmək olarmı? Kəşf edil­məsi çox gözəl olardı.

Efiopiyalılar orijinal Akt sandığının Axum şəhə­rin­də koptik bir məbəd içində qorunduğunu deyirlər. Onu mü­hafizə altında saxlayırlar ki, insanların həyatına təh­lü­kə yaratmasın. Görəsən, tədqiqatçıların gedib ora baş çək­mə­si üçün mühafizəçiləri necə inandıra bilərik?

Nə üçün Kuberanın təbəəsinə “yaksalar” deyirdilər? Çünki san­dıqdan yayılan işığın gücü insanları hər cür əngəlin öh­dəsindən gəlməyə qadir üstün varlıqlara çevirir, on­la­ra əbədi həyat və sağlamlıq verə bilirdi. Kubera hamının eti­qad etmək istədiyi kral idi. Müqəddəs təslis təlimi ilə yola çıxan birinin bədəninə yaksadan gələn ra­diasiyanın daxil olmasına imkan versəniz, göz­lə­nil­mə­dən zehnli bir divə, yaxud ruhani insana çevrilə bilər.

Şərqşünas Şendge yazır:

 

”Yaksa “görünüşə görə bədənlə əlaqəlidir, əslində isə bədən ol­mayan bir şeylə çox sıx bağlıdır. Onun bir bədəni tərk edib, başqasına girə bildiyinə dair sübutlar var. Bu yeri­ni­dəyişmə məziyyəti ruh və ya ruha bənzər bir varlığa, bir növ şəxsin özünə, onun ardınca gələn, bir bədəndən di­gərinə köçə bildiyinə inanılan qüvvəyə işarə­dir” (səh.116).

 

”Brhhadarnyaakopanishad”da (5.4.) qısa bir qeyd bu təhlilin ardınca yerinə düşər: “Hər kim ki mahad yaksa ilə Brahmanı birlikdə qəbul edə və onu da Brahma ilə birləşdirə bilir, o kəs başlanğıc gü­cə işarə edə bilər” (səh.117).

Yazıçı Şendge sonra bun­ları qeyd edir: “Başlanğıc yaksa kainatın və do­la­yı­sıy­la insanın özünü formalaşdırmaq üçün qurulan bir mə­bud, uca bir ilahi ola bilərdi… (The civilized Demons – The Harappans in Rgveda; [Uygun(? Uygar, sivil) Şey­tan­lar – “Rig Veda”da Harappalılar]

 

 

[1] Tora – Tövrat sözünün ibrani versiyasıdır. Hərfi mənası yasa, qanun deməkdir.

[2] Nefilim, “Tövrat”ın bəzi tərcümələrində iri adamlar, bəzilərində isə divlər kimi göstərilir. Müvafiq olaraq, bu iri adamlar bəzi tərcümələrdə zorba olduğu halda, bəzilərində qəhrəman kimi təqdim edilir.

[3] “Tövrat”a sadiq qalaraq türk dilinə tərcümə edərkən işlətdiyim “var idi” felinin yerinə,  G.Matlokun iqtibas etdiyi ingiliscə tərcümədə appear (görünmək, oluşmaq) sözü keçir. Matlok bunu nəzərə alaraq, “Təqvin”də Nefilimin işıqlanaraq dünyaya endiyinə işarə edildiyi fikrini müdafiə edir.

[4]Bədən, ət halına keçməsi.

[5] Huang Tinin Çin müalicə üsulları və dərmanları haqqında yazdığı kitabın adı.

[6] Türkcəyə “Akt Sandığı” kimi tərcümə edilən Ark of the Covenant, “Müqəddəs Kitab”da kitabələrə yazılmış on əmr ilə birgə Harunun əsası və qüdrət hal-vasının saxlandığı deyilən müqəddəs bir qabdır. Müqəddəs kitabda yazılanlara görə bu sandıq, Musanın Tanrı ilə danışdığı öncəgörücülüyə  uyğun bir formada, Tanrının buyruğu ilə düzəldilmişdir. (Ö.U.H-tərc.)

 

 

 

 

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10