“İntent Expo” sərgisində tələbə izdihamı – FOTOLAR

38 Baxış

IMG_8024

Mayın 4-ü, saat 11:00-da Hedef Globalın təşkilatçılığı ilə “INTENT EXPO” Beynəlxalq Təhsil və Karyera Sərgisi keçirilib.

Sərgi Park Inn Radisson Oteldə baş tutub.  Sərgiyə Türkiyə, Polşa, Litva, Qazaxıstan, Belarus və Birləşmiş Ərəb Əmirliklərindən universitetlər qatılıb.

“İNTENT EXPO” Beynəlxalq Təhsil və Karyera Sərgisini girş sözü ilə “Hedef Global”ın direktoru Elvin Əliyev açıb. O, sərgi barəsində tədbir iştirakçılarına məlumat verib: “Sərginin məqsədi təhsilini xaricdə davam etdirmək istəyən gənclərlə universitetləri görüşdürmək və gəncləri gələcək təhsil və karyera seçimində doğru istiqamətləndirməkdir. Bu gün dünyanın bir sıra ölkələrindən onlarla universitet sərgiyə qatılıb. Ümid edirəm ki, bu sərgi şagird və tələbələrimizin öz gələcək təhsillərini planlaşdırmaqlarında xüsusi rol oynayacaq”.

Daha sonra Global Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.

“İNTENT EXPO” Təhsil və Karyera sərgisinin xüsusi qonağı Sabhancı Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşı Pınar Alıç da öz çıxışında sərginin universitetlər və tələbələr arasında əlaqənin kordinasiya edilməsində xüsusi rolu olduğunu deyib: “İlk olaraq demək istərdim ki, Bakıda olmaqdan çox şadam. Sabahncı Universiteti olaraq dünyanın bir çox ölkələrindən tələbələrin qəbulunu elan etmişik. Bu gün burada bir sıra təqaüd proqramları ilə çıxış edirik. Bir daha tədbir təşkilatçılarına öz dərin minnətdarlığımızı bildirirəm”.

Müasir İnnovasiyalar Mərkəzinin direktoru Sevinc Əliyeva da öz növbəsində sərginin əhəmiyyətindən bəhs edib: “Bu sərginin tələbələrin gələcəklərini bəlirləməklərində müstəsna rol oynayacağına inanıram”.

Daha sonra sərgidə iştirak edən universitetlər öz platformaları barəsində tədbir iştirakçılarını məlumatlandırıblar.

 

 

Bölmə : Elm, Manşet