72 yaşlı məşhur müğənni Xulio İqlesias “Mexico” adlı albomunu tamaşaçılara təqdim edib.
O, mətbuata açıqlamasında “Mexico”nun sonuncu albomu olduğunu bildirib: “Bu albomumla studiyalarla sağollaşıram. Bundan sonra ancaq səhnədə ifa edəcəyəm”.
Xulio İqlesias böyük səhnədən heç vaxt getməyəcəyini, ömrünün axırına qədər oxumaq istədiyini bildirib.
Qeyd edək ki, “Mexico” albomu 12 mahnıdan ibarətdir.